Xəbər lenti
“Heç bir texniki vasitə, heç bir texnologiya müəllimin canlı sözünü əvəz edə bilməz...”
Nadir İsrafilov: “Bir də dünyaya gəlsəydim yenidən müəllimliyi seçərdim”
Tanınmış təhsil eksperti, bu gün 70 yaşı tamam olan Nadir İsrafilovun Moderator.az-a müsahibəsinin davamını təqdim edirik.
Müsahibənin əvvəli burada
- Nadir müəllim, bildiyimiz qədər indiki ADPU-nun tarix fakultəsini bitirmisiniz. Müəllim peşəsini seçməyiniz təsadüfdür yoxsa...?
- Bizim dövrdə təsadüfi seçim olmurdu, olsa belə bu müəyyən istisnalar ola bilərdi. Kim sənədini hara verirdisə, ora qəbul olmaq şansı da vardı. Uğur qazana bilməyənlər növbəti il şanslarını yoxlayırdılar. Hətta, 3 cəhddən sonra ilk cəhddə uğur qazana bilməyənlərin arzularına çatması halları da az deyildi. Bayaq, danışdıq ki, mənim ixtisas seçimimdə, bir şəxsiyyət kimi formalaşmağımda şəxsi nümunənin əvəzsiz rolu olub. Belə bir nümunə V sinifdən bizə tarix dərsi deyən bir müəllimimiz olub. O, “Qədim dünya tarixi” dərslərində hələ eramızdan əvvəl baş verən hadisələri elə danışırdı ki, sanki, özü o hadisələrin bilavasitə canlı şahidi olub. Onun mimika və jestlərindən təsirlənərək, biz də özümüzü o zaman baş verənlərin iştirakçısı kimi hiss edirdik. Bu günün özündə də o qənaətdəyəm ki, heç bir texniki vasitə, heç bir yüksək texnologiya müəllimin canlı sözünü əvəz edə bilməz. Həmin müəllimin şəxsi nümunəsi məni məhz tarix ixtisasına və müəllimlik peşəsinə yönəltmiş oldu.
- Bizim dövrdə təsadüfi seçim olmurdu dediniz. Nəyi nəzərdə tuturdunuz?
- Yəni, o vaxtlar ali məktəbə qəbul indiki kimi mərkəzləşdirilmiş qaydada keçirilmirdi və çoxpilləli ixtisas seçiminə də ehtiyac qalmırdı. Müəllim olmaq istəyənlər sənədlərini APİ adlanan pedaqoji instituta, mühəndis olmaq istəyənlər Politexnik adlanan texniki instituta, həkim olmaq istəyənlər də AMİ adlanan tibb institutuna verirdilər. “Bal” deyiən anlayış əvəzinə adətən “xal” sözü işlənilirdi. Əsasən 4 fəndən imtahan keçirilirdi. Bir fənn qeyri-profil hesab edilirdi və toplanan xallarda nəzərə aınmırdı. Deyək ki, mənim sənəd verdiyim ali məktəbdə ilk olaraq hər üç fəndən “5” alanlar, daha sonra iki “5” bir “4” alanlar, daha sonra, bir “5”, iki “4” alanlar, daha sonra üç fəndən də “4” alanlar və bu qayda ilə qəbul limiti bitənə qədər toplum xallar hesablanırdı. Elə il ola bilirdi ki, iki “4”, bir “3” alan da qəbul olunsun. Elə il də ola bilərdi ki, üç “4” alan belə qəbuldan kənar qalirdı. O ki, qaldı mənə, iki fəndən (tarix və ədəbiyyat, şifahi) “5”, bir fəndən ( ədəbiyyat yazılı) “4” almışdım. Qiymətlər oxunduqdan sonra, elan etdilər ki, narazı olanlar apellyasiya verə bilərlər. Elə də etdim. Məlum oldu ki, 3 apostrof və 2 vergül səhvim var imiş. Komissiya üzvlərindən biri yazı işini xeyli seyr edikdən sonra dedi ki, orfoqrafik səhvləri nəzərə alsaq belə, bu uşağın təkcə xəttinə belə əla qiymət düşür. Beləliklə, mən maksimum nəticə ilə ali məktəbə qəbul olunmuş hesab edildim.
- Ali məktəb həyatı ilə bağlı yadda qalan xatirələriniz yəqin ki, olmamış deyil?
- Fyodor Dostoyevskinin bir sözü var: “Həyatımızda ən uca, ən güclü, ən faydalı dayağımız ana ata evindən qalan xatirələrimizdir” və “İstər şirin, istər ağrılı olsun, xatirə insana həmişə əzab verər.” Mənim istər acı olsun, istərsə də şirin – xatirələrim çoxdur. Bunlar zaman-zaman ayrı-ayrı mətbuat səhifələrində dərc olunub. Təkcə, xatirələrimlə bağlı “Bir müəllimin xatirələri”;“Biz hamımız aldığımız tərbiyənin övladlarıyıq”;”Elə xatirələr var ki, danışanda gözəlliyi gedər”; “Keçmiş indinin virtual məkanıdır”; “Keçmişi də gələcəyi də ancaq indinin işığında görmək olar” kimi ayrı-ayrı nəşriyyatlar tərəfindən 5 kitabım nəşr olunub.
O ki, qaldı ali məktəb həyatı ilə bağlı xatirələrə birini deyim ki, sualınıza cavab olsun. Ali məktəbdə bir professor bizə mühazirə oxuyurdu. Seminarların birində məndən soruşdu ki, mən ki mühazirəmdə bunları sizə deməmişəm, sən hardan bilirsən. Dedim ki, rus dilində filankəsin filan kitabından oxumuşam. Səhərisi gün rus dilində qalın bir kitab gətirib, bunu tərcümə etməyi mənə tapşırdı. Gecəni gündüzə qatıb həmin kitabı tərcümə etdim. Rus dilini səlis bilməyimdən digər müəllimlər də xəbər tutdu. İşim yalnız ayrı-ayrı rus tarixçilərinin, pedaqoq və metodistlərinin kitablarını tərcümə etməkdən ibarət idi. Ağır zəhmət hesabına başa gəlsə də arrtıq, məndən dərs soruşmurdular, zaçot və qiymətlərimi gözüyumulu yazırdılar. İndi də özüm üçün müəyyənləşdirməmişəm ki, bu acı xatirədir yoxsa ki şirin...
- Sosial şəbəkələrdə tez-tez Dostoyevskiyə istinad edirsiz. Kitablarınızın birində də “Həyata yenidən başlasaydım saniyələrin nəbzini tutardım” kimi epiqraf seçmisiniz. Sanki, nəyə görəsə təəssüf hissi keçirirsiniz.
- Belə bir deyim var: “Getmə zamanı gəlmişsə "dayan" demənin, vaxt keçmişsə "dön" demənin heç bir mənası yoxdur. Təəssüf hiss keçirmək nə deməkdir? Ən primitiv şəkildə desək, olmalıydı-olmadı. Mən müəllimliyi seçmişdim, ancaq cəmi 5 il müəllim işləmək mənə nəsib oldu. Başqa sözlə desək, o dövrün tələblərinə və məndən asılı olmayan səbəblərə görə peşəyönümümü dəfələrlə dəyişməli oldum – Raykom, komsomol mühiti karyerama təsirsiz ötüşmədi. Müəllimlikdən tədqiqatçılığa, tədqiqatçılıqdan məmurluğa keçməli oldum. Gənc yaşlarımda Bakının mərkəzi rayonlarının birinə Təhsil şöbəsinə müdir təyin olunarkən, nümunəvi bir təhsil mühiti yaratmaq arzularım da puç oldu – Qarabağ hadisələri, 20 yanvar faciəsi, komendant saaatı və s. Necə deyərlər, yaddaşımız puç olmuş arzularımızı bizə xatırlatsa da, hər şey itirildikdən sonra da hələ bir şey – gələcək qalır...
Davamı var...
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar