Sizin Reklam Burada
Xəbər lenti
02-02-2026
01-02-2026
BÜTÜN XƏBƏRLƏR

Tarixdə ilk dəfə evtanaziyalı donordan üz köçürüldü

Tarix: 03-02-2026 08:43     Baxış: 320 A- / A+
İspaniyada pasiyent evtanaziya tətbiq edilmiş donordan alınan üz transplantasiyası sayəsində yeni simaya qovuşub.

Bu barədə "Euronews" telekanalına istinadən xəbər verir.

Məlumata görə, Barselonada yerləşən Val-d"Ebron Universitet Klinikası tarixdə ilk dəfə olaraq evtanaziya tətbiq edilmiş şəxsdən alınan üzün transplantasiyasını uğurla həyata keçirib.

Təxminən yüz mütəxəssisdən ibarət tibbi komanda tərəfindən icra edilən bu prosedur dünya təbabətində mühüm mərhələ kimi qiymətləndirilir. Əməliyyat mürəkkəb transplantasiya və rekonstruktiv cərrahiyyə sahəsində yeni imkanlar açır.

Mütəxəssislərin fikrincə, bu hadisə rekonstruktiv cərrahiyyə və kompleks transplantasiya sahəsində beynəlxalq əhəmiyyətə malik mühüm tibbi nailiyyətdir.

Transplantasiya infeksiya nəticəsində üz toxumalarında ağır nekroz yaranmış pasiyentə tətbiq olunub. Bu vəziyyət onun nəfəs alma, qidalanma və danışıq kimi əsas həyat funksiyalarına ciddi təsir göstərib. Aparılan əməliyyat üzün qismən bərpasına və pasiyentin funksional reabilitasiyasına başlanmasına imkan yaradıb. oxu.az

Manevr.az 

Tarixdə ilk dəfə evtanaziyalı donordan üz köçürüldü

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar