Sizin Reklam Burada
Xəbər lenti
31-01-2026
30-01-2026
BÜTÜN XƏBƏRLƏR

İqtisadiyyat Nazirliyində müdir, SOCAR-da rəis müavini - Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

Tarix: 31-01-2026 22:52     Baxış: 330 A- / A+
Bakıda özünü yüksək vəzifəli şəxslərlə əlaqəli şəxs kimi təqdim edib dələduzluq edən həbs olunub.

45 yaşlı Akif Qarayev (ad və soyad şərtidir) bu təqdimatla 3 nəfərə dövlət qurumlarında yüksək vəzifələrə təyin edəcəyi barədə vəd verib.

İttiham aktına görə, o, zərərçəkənlərə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun sektor müdiri, SOCAR-da Neft Bazası müdirinin müavini və SOCAR-da təhlükəsizlik xidmətinin rəis müavini vəzifələrini söz verib. Bu nüfuzlu vəzifə üçün Akif zərərçəkənlərdən müvafiq olaraq 15000, 8500 və 35 min manat pul alıb. Aldıqları pulları isə şəxsi ehtiyaclarına sərf edərək verdiyi sözlərə əməl etməyib.

Zərərçəkənlərin şikayətləri əsasında Akif Qarayev saxlanılıb və barəsində cinayət işi açılıb. İstintaq zamanı, zərərçəkənlərdən birinə dəymiş ziyanı tam ödəyib. Lakin digər 2 zərərçəkənə dəymiş ziyan ödənilməyib.

Səbail rayon Məhkəməsinin qərarı ilə A. Qarayev barəsində 3 il azadlıqdan məhrumetmə və 3500 manat məbləğində cərimə cəzası təyin edilib. lent.az 

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar