Sizin Reklam Burada
Xəbər lenti
30-01-2026
29-01-2026
BÜTÜN XƏBƏRLƏR

Rusiyanın strateji ehtiyatları sürətlə tükənir

Tarix: 30-01-2026 09:14     Baxış: 325 A- / A+
Rusiyanın strateji ehtiyatları sürətlə tükənirRusiya Çinə qızıl ixracını kəskin şəkildə artırıb, ölkənin qızıl ehtiyatları isə son illərdə rekord həddə düşüb.
Manevr.az xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin məlumatında deyilir.
Bildirilib ki, Rusiya 2025-ci ildə Çinə 25,3 ton qızıl tədarük edib ki, bu da 2024-cü ildəkindən doqquz dəfə çoxdur. Pul baxımından ixracat bir il əvvəl cəmi 223 milyon dollarla müqayisədə 3,29 milyard dollara yüksəlib.
Çatdırılmalar qeyri-bərabər olub, pik həcmlər fevral-mart və oktyabr-dekabr aylarında baş verib.
Təkcə dekabrda 10 ton 1,35 milyard dollar dəyərində qızıl göndərilib. Qızıl külçələr əsas ixrac forması olub və bu da aktivlərin sürətli şəkildə pula çevrilməsinə imkan verib.
İxracda bu kəskin artım daxili ehtiyatların sürətlə azalması fonunda baş verib.
Belə ki, 2026-cı il yanvarın 1-nə olan məlumata görə, Rusiya Milli Sərvət Fondunda cəmi 160,2 ton qızıl qalıb, 2022-ci ilin may ayında isə bu rəqəm 554,9 ton olub.
Sanksiyalar təzyiqi və Qərb bazarlarına çıxışın itirilməsi səbəbindən Rusiya qızıl ehtiyatlarını Asiyaya, ilk növbədə Çinə yönəltməyə məcburdur.
Ekspertlər hesab edirlər ki, bu, büdcə boşluqlarını doldurmaq üçün müvəqqəti maliyyə manevridir və strateji ehtiyatların əhəmiyyətli dərəcədə tükənməsi bahasına başa gəlir.axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar