Sizin Reklam Burada
Xəbər lenti
30-01-2026
29-01-2026
BÜTÜN XƏBƏRLƏR

Milli Qəhrəmanın xanımına mənzil verildi

Tarix: 29-01-2026 15:23     Baxış: 331 A- / A+
Milli Qəhrəmanın xanımına mənzil verildi

Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Həmidovun həyat yoldaşı Könül Həmidova mənzillə təmin olunub.
Manevr.az modern.az-a istinadən xəbər verir ki, bu barədə Milli Qəhrəmanının xanımı bildirib. O bu günlərdə Prezident İlham Əliyevə yazdığı məktubda mənzil aldığına görə dövlət başçısına minnətdarlıq edib:
“Müharibədən sonra şəhid və qazi ailələrinin mənzillə təmin olunması, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyiniz tədbirlər cəmiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Mən də bu qayğının nəticəsi olaraq mənzillə təmin olunmuşam. Buna görə Sizə bir daha səmimi təşəkkürümü bildirirəm”, - deyə Könül Həmidova ölkə başçısına ünvanladğı məktubda qeyd edib.
Şükür Həmidov 2016-cı ilin aprel döyüşlərində Lələtəpə yüksəkliyinin geri alınmasında böyük şücaət göstərib. Prezidentin 22 aprel 2016-cı il tarixli sərəncamı ilə ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib, daha sonra vaxtından əvvəl polkovnik hərbi rütbəsinə layiq görülüb.
Vətən müharibəsində Ş.Həmidov dogulduğu Qubadlının bəzi kəndlərinin azad edilməsi əməliyyatlarında iştirak edib.
22 oktyabr 2020-ci il tarixində Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.
İkinci Şəhidlər xiyabanında dəfn edilib.
Ölümündən sonra “Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları, "Zəfər" ordeni ilə təltif olunub.
Milli Qəhrəmanın 1 oğlu və 1 qızı yadigar qalıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar