Sizin Reklam Burada
Xəbər lenti
30-01-2026
29-01-2026
BÜTÜN XƏBƏRLƏR

Tanınmış iş adamı həbs olundu - Şok səbəb

Tarix: 30-01-2026 11:04     Baxış: 333 A- / A+
Tanınmış iş adamı həbs olundu - Şok səbəbTanınmış iş adamı onunla münaqişədə olan ana və oğlunu həbs etdirmək məqsədilə avtomobillərinə narkotik vasitə qoydurmaq istədiyi üçün həbs olunub.
Manevr.az report-a istinadən xəbər verir ki, Baş Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işi istintaqı zamanı məlum olub ki, Şəkidə fəaliyyət göstərən "Azəri koperrasiyyası" MMC-nin direktoru, rayonda tanınan və maddi imkanı ilə xüsusi seçilən Tehran Lətifov onunla münaqişədə olan Sevil Səlimova və oğlu Vasif Səlimovu saxta sübutlar təqdim etmək niyyəti ilə həbs etdirmək istəyib.
Bu səbəbdən o, tanışları – İlham Vahablı, Nicat Quliyev və Qaçay Məmmədovu Bakı şəhərinə göndərərək Şüvəlan qəsəbə sakini Əmir Mustafayevdən külli miqdarda narkotik vasitə olan marixuana aldırıb.
Həmin şəxslər narkotik vasitəni Şəki şəhərinə gətirərək Vasif Səlimovun avtomobilinə qoymalı imişlər.
Bundan xəbərdar olan qarşı tərəfin vaxtında hüquq-mühafizə orqanlarına müraciət etməsi və Baş Prokurorluqda aparılan araşdırmalar nəticəsində təqsirləndirilən şəxslərin əməlləri sübuta yetirilib.
Nəticədə Tehran Lətifov və digərləri saxlanılıb.
Onlara Cinayət Məcəlləsinin 234.4.3, 234.4.1-ci (külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi), 296.2 ci-(şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə) maddələri ilə ittiham verilib.
Baş Prokurorluğun İstintaq İdarəsinin təqdimatı əsasında Binəqədi rayon Məhkəməsi tərəfindən Tehran Lətifov və digərləri barəsində həbs qətimkan tədbiri seçilib.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar