Sizin Reklam Burada
Xəbər lenti
31-01-2026
30-01-2026
BÜTÜN XƏBƏRLƏR

Tramp niyə dolları ucuzlaşdırır? – Ekspert

Tarix: 31-01-2026 09:30     Baxış: 335 A- / A+


ABŞ Prezidenti Donald Trampın dolların məzənnəsinin aşağı düşməsinə müsbət yanaşmasının arxasında iqtisadi məntiq dayanır. Dolların əsas valyutalar, xüsusilə avro qarşısında zəifləməsi Amerika mallarının dünya bazarında daha sərfəli və rəqabətli olmasına imkan yaradır.
Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli Donald Trampın dollar siyasətindən danışarkən deyib.
İqtisadçının sözlərinə görə, ABŞ dünyanın bir nömrəli iqtisadiyyatı olduğu üçün dolların zəifləməsi faktiki olaraq Avropa ölkələri üçün əlavə iqtisadi yük yaradır:
“Ucuz dollar o deməkdir ki, Amerika mallarının alınması və daşınması Avropa və digər regionlar üçün daha sərfəli olur. Bu da ABŞ məhsullarının satışını artırır. Donald Tramp da məhz istehsalın və Amerika mallarının dünya bazarlarında daha çox satılmasının tərəfdarı olduğu üçün ucuz dollar siyasətini dəstəkləyir.
Söhbət dolların kəskin dəyər itirməsindən yox, əsas valyutalar qarşısında müəyyən qədər zəifləməsindən gedir və bu yanaşma bir çox ölkə tərəfindən tətbiq olunur. Məsələn, ABŞ-la Çin arasında uzun illərdir davam edən iqtisadi gərginliyin əsas səbəblərindən biri yuanın məzənnəsi olub. Çin yuanı qəsdən tədricən devalvasiyaya uğradaraq öz mallarını daha rəqabətli edib”.
Ekspert FES-lə (Federal Ehtiyat Sistemi) Tramp administrasiyası arasında yaranan gərginliyə də toxunub. Onun sözlərinə görə, mübahisənin əsas səbəbi uçot dərəcələri ilə bağlıdır:
“Tramp istəyir ki, faiz dərəcələri aşağı salınsın, kreditlər ucuzlaşsın və iqtisadi canlanma artsın. FES isə hesab edir ki, faizlərin kəskin endirilməsi inflyasiyanın yüksəlməsinə səbəb ola bilər. Ona görə də Mərkəzi Bank daha ehtiyatlı mövqe tutur”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar