Sizin Reklam Burada
Xəbər lenti
30-01-2026
29-01-2026
BÜTÜN XƏBƏRLƏR

Elza xanım hamıdan əvvəl mənim ağzımı “tikdi"  - Aqşin Yenisey

Tarix: 30-01-2026 20:31     Baxış: 326 A- / A+
Elza xanım hamıdan əvvəl mənim ağzımı “tikdi" - Aqşin Yenisey"Gün ərzində müxtəlif saytlardan zəng vurublar ki, Yazıçılar Birliyi sizi hüquq-mühafizə orqanlarına şikayət edəcək, bu barədə nə deyə bilərsiniz? Düzü, bu xəbərə həm təəccübləndim, həm də təəccüblənmədim".
Manevr.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey bildirib.
O təəccüblənməməyinin səbəbini də izah edib:
“Təəccübləndim ki, mən Elza Seyidcahan o quruma üzv seçiləndən sonra orada baş verən hadisələr haqqında heç vaxt yazmamışam, danışmamışam. Yəni Elza xanım hamıdan əvvəl mənim ağzımı “tikdi”.
A. Yeniseyin sözlərinə görə, nə AYB-də gedən ev davalarına qoşulub, nə də təqaüdə görə rədd cavabı alıb, oradakılardan kiminsə haqqında tənqid yazmayıb:
“Mənim adımı “Aqşin Yenisey də daxil olmaqla” ifadəsi ilə başlayan o repressiya ilərinin cümləsinə kim salıb, niyə salıb? Kimdən gəlib bu qaralama, ləkələmə əmrini?
Təəccüblənmədim ona görə ki, Yazıçılar Birliyinin “tarixini” bilirəm. O tarix ki, hamınız bilirsiniz: bizdən olmayanları tutdurmaq, sürgün etdirmək, güllələtdirmək. İndi sürgün etmək və güllələtdirmək dəbdən düşüb deyə məcbur tutdurmaqla kifayətlənirlər”.
“Anlamırlar ki, vaxtilə kimi tutdurublarsa, sürgün etdiriblərsə, güllələtdiriblərsə, Azərbaycan ədəbiyyatı onu bağrına basıb.
Son otuz beş ildə Yazıçılar Birliyi adımı birinci dəfə bir siyahıya saldı, o da tutdurmaq üçün...
Allahınız köməyiniz olsun!”- yazıçı sonda qeyd edib.modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar