Xəbər lenti
Bakıda sovet dövründən qalan küçə adları... - Onları necə dəyişək?

Bakının bir çox ərazilərində hələ də Sovet dövründən qalma, müasir Azərbaycan cəmiyyətinin tarixi, milli kimliyi və dəyərləri ilə uzlaşmayan “Köndələn”, “9-cu döngə”, “Dərə”, “7-ci Sallaqxana”, “Məktəb” və digər bu kimi küçə adları mövcuddur. Müstəqilliyin üzərindən uzun illər keçməsinə baxmayaraq, həmin adların dəyişdirilməməsi ictimaiyyətdə suallar doğurur.
Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli bildirib ki, Azərbaycan artıq sovet ideologiyasından imtina edib və paytaxtdakı küçələrin böyük əksəriyyətinin adları milliləşdirilib:
“Burada bəzi xüsusi yanaşmalar var. Dünya xalqları arasında Nizami Gəncəvi, Füzuli kimi dahilərin adları müxtəlif ölkələrdə qorunub saxlanılır. Eyni zamanda, Bakıda Puşkin, Lermontov kimi dünya ədəbiyyatına töhfə vermiş şəxsiyyətlərin, eləcə də beynəlxalq səviyyədə tanınmış Rostropoviçin adına olan küçələr mövcuddur. Bu adlar ümumbəşəri dəyər daşıdığı üçün saxlanılır və yenilənir.”
İlqar Hüseynli qeyd edib ki, “Məktəb”, “Dərə”, “7-ci Sallaqxana” kimi küçə adlarının dəyişdirilməməsinin ideoloji əsasları yoxdur:
“Bu məsələdə əsas rol icmaların və vətəndaşların təşəbbüsünə aiddir. Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsindən sonra şəhid olan qəhrəmanlarımızın əksəriyyətinin adları yaşadıqları küçələrə verildi. Mənim yaşadığım küçənin adı əvvəllər Nizami Gəncəvi idi, sonradan şəhidimiz Zaur Dövlətovun adı ilə əvəz olundu. Bu, Nizami Gəncəvi kimi böyük dahidən imtina etmək demək deyil. Onun adı paytaxtda və bölgələrdə kifayət qədər küçə, park və bağlarda yaşadılır. Lakin zərurət yarandığı üçün konkret küçənin adı dəyişdirildi və şəhidimizin adı verildi.”
Onun sözlərinə görə, bu prosesdə vətəndaş mövqeyi xüsusi əhəmiyyət daşıyır:
“Küçə adlarının dəyişdirilməsi səlahiyyəti icra hakimiyyəti orqanlarına aiddir. Bələdiyyələr, məhəllə komitələri və yerli icmalar təşəbbüs irəli sürə, rəsmi müraciətlər edə bilərlər. Mən düşünmürəm ki, bu tip küçə adlarının saxlanılmasının arxasında hansısa ideoloji səbəb dayanır.”
İlqar Hüseynli əlavə edib ki, ictimai rəy bu məsələdə daha fəal olmalıdır:
“Əgər biz "Köndələn", "9-cu döngə" və ya "Dərə" küçələrində yaşayan sakinlər arasında sorğu aparsaq, görərik ki, onların əksəriyyəti nə adın dəyişdirilməsi, nə də məhəllədə şəhid adının verilməsi ilə bağlı təşəbbüs göstərib. Mən hesab edirəm ki, bu adlar dəyişdirilməli və yenilənməlidir.
Azərbaycanın Birinci və İkinci Qarabağ müharibələrində şəhid olmuş çoxsaylı qəhrəmanları var ki, onların adları mütləq şəkildə əbədiləşdirilməlidir.” teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























