Sizin Reklam Burada
Xəbər lenti
02-02-2026
01-02-2026
BÜTÜN XƏBƏRLƏR

AYB-nin qələm əhlinə verdiyi möhlət başa çatdı:

Tarix: 02-02-2026 21:33     Baxış: 320 A- / A+
Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvlük haqqının ödənməsi ilə bağlı verdiyi möhlət bu gün başa çatıb. Bir müddət əvvəl AYB rəsmi şəkildə üzvlərinə müraciət edərək bildirib ki, fevralın 2-dək ödəniş etməyən şəxslər qurumdan kənarlaşdırılacaqlar.

Bəs AYB üzvlük haqqını ödəməyən qələm əhli ilə əlaqədar hansı qərarı verəcək?

Birliyin katibi, Xalq yazıçısı Çingiz Abdullayev bildirib ki, üzvlük haqqını ödəməyən üzvlərlə bağlı qərarın qəbulu gələn həftəyədək uzadılıb:

"Biz siyahını təqdim etmişik. Orada bir neçə üzvümüz var ki, üzvlük haqqının ödənilməsi ilə bağlı onlara dəfələrlə məlumat verilib. Buna baxmayaraq ödəməyiblər. Bu, üzvlərin öhdəliyidir. Kimsə istəmirsə, verməsin. Amma onların sıralarımızda qalıb-qalmaması ilə bağlı bu gün hər hansı qərar verilməyəcək. Hələ gözləyirik".
AYB-nin qələm əhlinə verdiyi möhlət başa çatdı: Hələ gözləyirik
Çingiz Abdullayev qeyd edib ki, məsələyə həssas yanaşmaq vacibdir:

"Hələ həftənin ilk günüdür. Siyahıda olan üzvlərimizdən biri Almaniyada vəfat edib. Ola bilər ki, kimlərsə hazırda Azərbaycanda deyil və ya xəstəlik səbəbindən gələ bilmir. Birdən-birə qərar verib onları sıralarımızdan çıxarmaq düzgün olmaz. Hətta bəziləri üzvlük haqqının ödənilməli olduğunu bilməyə də bilər. Aylıq 15 manatdır, bu da böyük məbləğ deyil. Metroda gediş-gəliş qədərdir. Biz bunu ciddi maliyyə yükü hesab etmirik. Hər şey dəqiqləşəndən sonra siyahı açıqlanacaq".

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinə üzvlük haqqını ödəməyən 58 yazıçı və şairin siyahısı yayılıb. AYB sədri Anar Rzayev isə üzvlük haqqını ödəməyənlərə fevralın 2-dək vaxt verildiyini bildirib. Həmin müddətədək ödəniş etməyən yazıçı və şairlərin birlikdən xaric ediləcəyi açıqlanıb.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar