Xəbər lenti
Bir əsrdən çox ömrü olan Azərbaycan Ədliyyəsinin ikiqat sevinci
Namidar Misirzadə,
Şirvan Kommersiya Məhkəməsinin sədri
Azərbaycan Ədliyyəsi zəngin tarixə malikdir. Ötən dövr ərzində Azərbaycan ədliyyəsi daha da müasirləşmiş, yeni qanunlarla, dövlət proqramları və beynəlxalq hüququn normaları əsasında daha da zənginləşmişdir. Həm çətin, həm də şərəfli bir yol keçmiş Azərbaycan ədliyyəsi hazırda özünün yeni inkişaf mərhələsini yaşayır.
1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycanda dövlətçiliyin yeni mərhələsi-demokratik idarəçilik ənənələrinin formalaşması prosesi başlandı və mütərəqqi ictimai-siyasi görüşlərə söykənən dövlətçilik ənənələrinin Şərqdə təməli qoyuldu. Həmin dövrdə ilk müstəqil demokratik dövlətin qurulması ilə eyni gündə təsis olunan Ədliyyə Nazirliyi Cümhuriyyətin mövcud olduğu 23 ay ərzində ölkənin hüquq sisteminin, ədliyyə və məhkəmə fəaliyyətinin bərpası və təkmilləşdirilməsi, dövlət dili olan Azərbaycan dilini bilən şəxslərin işə cəlb olunması, mühüm qanun layihələrinin hazırlanması, penitensiar xidmətin nazirliyin tabeliyinə verilməklə həbsxana işinin demokratik norma və prinsiplərə uyğun qurulması istiqamətində tarixi xidmətlər göstərmişdir. Bununla yanaşı, qanunvericilik, normativ aktların hazırlanması və tətbiqi, hüquq–mühafizə fəaliyyəti sahəsində önəmli işlər həyata keçirilmişdir. Nazirlik ölkədə qanunçuluğun təmin edilməsi üçün qısa müddət ərzində müstəqil məhkəmə sisteminin formalaşdırılması baxımından mühüm işlər görmüşdür. Nazirlər Şurasının qərarları ilə 1918-ci il oktyabr ayının 1-də Bakı Dairə Məhkəməsinin və onun tərkibində prokurorluğun fəaliyyəti bərpa edilmiş, Məhkəmə Palatasının təsis edilməsinin labüdlüyü nəzərə alınaraq noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi qəbul olunmuşdur. Hökumətin 1919-cu il 11 avqust tarixli qərarı ilə Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilmiş və bu sahədə iş təkmilləşdirilmişdir. Ədliyyə Nazirliyinin təşəbbüsü ilə “Məhkəmə idarəsində vəzifələrə namizədlər haqqında”, “Azərbaycanın andlı iclasçılar məhkəməsinin təsis edilməsi haqqında” və digər qanunların parlamentdə müzakirəyə çıxarılması dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi istiqamətində nazirliyin apardığı işlərin mühüm göstəricilərindəndir. Təəssüf ki, Şərqin ilk demokratik respublikasının ədliyyə sisteminin quruculuq işləri, hüquqi bazanın yaradılması istiqamətində başladığı işlər yarımçıq qaldı. Azərbaycan Xalq Cümhuriyyəti Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra 1920-ci il may ayının 13-də Ədliyyə Nazrliyi ləğv edildi və əvəzində Xalq Ədliyyə Komissarlığı quruldu. Lakin yeni yaranan qurum özündən əvvəlkinin demokratik ənənələrini davam etdirə bilmədi. Çünki Xalq Ədliyyə Komissarlığı müstəqil dövləti təmsil etmirdi. 1933-cü ildə Xalq Ədliyyə Komissarlığının yenidən təşkili nəticəsində qanun layihələrinin hazırlanması, qanunların şərhi, məhkəmə kadrlarının hazırlanması, Ali Məhkəməyə, prokurorluq orqanlarına və vəkillərə nəzarət edilməsi kimi bir sıra yeni səlahiyyətlər komissarlığa həvalə olundu. 1937-ci ildə təsdiq olunmuş Xalq Ədliyyə Komissarlığının yeni Əsasnaməsinə görə komissarlığın fəaliyyəti bir qədər məhdudlaşdırıldığından səlahiyyətlərinin əsas predmetini məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara nəzarət təşkil etdi. 1959-cu il dekabrın 7-də isə Ədliyyə Komissarlığı ləğv edildi və səlahiyyətləri digər dövlət orqanları arasında bölüşdürüldü. Sovet hakimiyyəti illərində Azərbaycanda ədliyyə sisteminin yenidən inkişafı ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. 1970-ci il dekabrın 27-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyinin yenidən yaradılması Azərbaycan ədliyyəsinin tarixində mühüm rol oynamış və bu sahədə formalaşan təcrübə bugünkü ədliyyə sisteminin qurulmasına öz töhfəsini vermişdir. Həmin vaxt respublikaya qəlbi həmişə milləti, xalqı, Vətəni üçün döyünən Heydər Əliyev rəhbərlik edirdi. 1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. Müstəqilliyimizin ilk illərində hakimiyyəti ələ alanların dövlət idarəçiliyindəki səriştəsizliyi və siyasi səbatsızlığı nəticəsində respublikada siyasi böhran yarandı. Getdikcə dərinləşən siyasi böhran respublikada silahlı vətəndaş qarşıdurmasına gətirib çıxardı. Mərd oğul və qızlarımızın qanı bahasına bərpa olunmuş müstəqilliyimiz uçurumun bir addımlığında idi. Belə çətin və ağır məqamda ulu öndər Heydər Əliyev özünün dediyi kimi, ömrünün qalan hissəni də xalqına bağışladı. Xalqın təkidli xahişindən sonra ölkəyə rəhbərliyə razılıq verən müdrik şəxsiyyət Heydər Əliyev qısa zamanda ölkəni uçurumdan xilas etdi. Söz yox ki, ulu öndər iki dəfə – 1994 və 1995 –ci illərdə daxili və xarici düşmənlərin ciddi təzyiqi ilə üzləşdi və hər dəfə də böyük müdriklik göstərərək dövlət çevrilişinin qarşısını aldı. Bundan sonra dövlət quruculuğunun, müstəqilliyimizin möhkəmləndirilməsi yolunda daha qətiyyətli addımlar atdı. Bunun üçün yeni qanunlar qəbul edilməli, hüquqi baza yaradılmalı, məhkəmə-hüquq sistemi yeni dövrün tələblərinə uyğun qurulmalı idi. Azərbaycan üçün demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunu seçmiş xalqımızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə ictimai həyatın bütün sahələrində köklü islahatlar həyata keçirildi. İslahatların ən geniş vüsət aldığı sahələrdən biri də hüquq sistemi oldu. İlk növbədə, təcrübəli kadrların seçilməsini qarşısına məqsəd qoyan ulu öndər Heydər Əliyevin sərəncamı ilə 2000-ci ilin aprel ayında Fikrət Məmmədov Azərbaycan Respublikasının Ədliyyə naziri təyin edildi. Təcrübəli mütəxəssis olan yeni nazir bu istiqamətdə bilik və bacarığını əsirgəmədi. Qətiyyətlə deyə bilərəm ki, Azərbaycan ədliyyəsinin inkişafında, beynəlxalq aləmə inteqrasiyasında ədliyyə nazirinin fəaliyyəti təqdirəlayiqdir. Həyata keçirilən uğurlu islahatlar ədliyyə işinin müasir tələblər səviyyəsinə qaldırılmasında böyük rol oynadı. Bu istqamətdə Ədliyyə Nazirliyinin üzərinə yeni mühüm vəzifələr qoyuldu. Bu cür dinamik dəyişikliklər nəticəsində Ədliyyə Nazirliyi zəngin və şərəfli inkişaf yolu keçərək cəmiyyətimizin həyatında qanunçuluğun, hüququn aliliyinin, ictimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsində əsas rol oynayan orqanlardan birinə çevrildi. Görülmüş tədbirlər nəticəsində Azərbaycan ədliyyəsi beynəlxalq norma və prinsiplərə uyğun olan inkişaf yoluna qədəm qoydu, onun çoxşaxəli fəaliyyətinin tənzimlənməsi üçün çoxlu sayda normativ sənədlər qəbul edildi. Ədliyyə işçilərində mənəvi stimul yaradılması və tarixi irsin qorunması məqsədilə ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün – 22 noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı Günü kimi müəyyən olundu. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsi yeni-yeni nailiyyətlər qazanır. Azərbaycan ədliyyəsinin rolu və nüfuzu artır, mövqeyi möhkəmlənir. 2006-cı ildə Prezident İlham Əliyev tərəfindən Ədliyyə Nazirliyi haqqında Əsasnamə təsdiq edildi. Ədliyyə Nazirliyinə hüquq-mühafizə orqanı statusu verilməsi onun qarşısında duran mühüm vəzifələrin miqyasını daha da genişləndirdi. Dövlət başçısının 26 may və 17 avqust 2006-cı il tarixli fərmanları ilə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” və “Ədliyyə orqanlarının inkişafı haqqında” qanunların qəbul olunması bu mühüm sahədə əsaslı dönüş yaratdı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” ölkəmizdə ədliyyə sisteminin daha da təkmilləşməsində, işin müasir tələblərə uyğun qurulmasında, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edən orqanların fəaliyyətindəki səmərəliliyin artırılmasında önəmli rol oynadı. Eyni zamanda “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” da bu qəbildəndir. Bundan əlavə, “Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Prezidenti cənab İlham Əliyevin 03.04.2019-cu il tarixli fərmanı həm məhkəmə, həm də ədliyyə sahəsində inqilabi xarakter daşıyan bir fərmandır. Həmin fərmanın 3.4-cü bəndində hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların maddi təminatının əhəmiyyətli dərəcədə artırılması da qeyd olunur. Şübhəsiz ki, bütün bunlarda Məhkəmə Hüquq Şurasının sədri cənab Fikrət Məmmədovun böyük rolu vardır. Qeyd olunan fərmandan irəli gələrək digər əhəmiyyəli məsələ isə ixtisaslaşdırılmış məhkəmələrin yaradılması oldu. Belə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 19.07.2019-cu il tarixli, 1325 nömrəli fərmanı ilə İnzibati və Kommersiya məhkəmələri yaradıldı. Həmçinin, aparılan uğurlu siyasət nəticəsində Ədliyyə Nazirliyinin beynəlxalq əlaqələri daha da dərinləşdi. Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ədliyyə orqanlarının və məhkəmələrin inkişafının təmin edilməsi, innovativ texnologiyaların tətbiqi, normativ-hüquqi və maddi-texniki təminatın yaxşılaşdırılması, bu sahədə infrastrukturun müasirləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Bu günlərdə 103 yaşını qeyd edəcək Azərbaycan ədliyyəsinin qarşısına qoyulan vəzifələrin daha səmərəli və operativ yerinə yetirilməsi üçün bütün imkanlardan istifadə olunur. II Qarabağ savaşının ədliyyə şəhidi, Ədliyyə Nazirliyinin İcra Baş idarəsində məsləhətçisi, Birinci dərəcəli dövlət qulluqçusu Ruhin Xəlilovdur. Xəlilov Ruhin Müzəffər oğlu 21 oktyabr 2020-ci il tarixdə Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Heç şübhəsiz ki, II Qarabağ savaşı Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı və özünəməxsus qiymətə malikdir. İllər keçdikcə bu savaşın bir çox məqamları daha da aydınlanacaq və o, tarixdə öz layiqli dəyərini alacaqdır. Bu savaş təkcə Ermənistan tərəfindən otuz ilə yaxın işğalda saxlanılan torpaqlarımızın azad edilməsi deyil, həm də bir şərəf, namus, qürur savaşı idi. Erməni faşizminin məhv edilməsi savaşı idi, ermənilərin uzun onilliklər boyu xəyalını qurduqları “Dənizdən dənizə Ermənistan” məkrli planının alt-üst olması idi. Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Bu böyük Zəfərin qazanılması xalqımızın bütövlükdə qüdrətli bir orduya çevrilməsi ilə mümkün olmuşdur. Xalq bir yumruq kimi birləşərək düşmənin başını əzməyi bacarmışdır. Respublikamızın ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları, cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini hədəfə alması, çoxsaylı müharibə cinayətləri xalqımızın mübarizə əzmini sarsıda və qələbəmizin böyüklüyünə kölgə sala bilmədi. Azərbaycan xalqı bu qurtuluş savaşında minlərlə şəhid vermişdir, həmvətənlərimiz arasında itkin düşənlər, yaralanaraq sağlamlığını itirənlər, qazi olanlar vardır. Elə torpaqlarımız da məhz bütün bunların hesabına, qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı-canı bahasına işğaldan azad edildi. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabahımız üçün möhkəm bünövrədir. Dövlətimizin başçısı hər zaman müharibə iştirakçılarına, qazi və şəhid ailələrinə böyük diqqət və qayğı nümayiş etdirir. Prezidentin Sərəncamında deyildiyi kimi, xalqımız və dövlətimiz mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Bu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə vəfa borcumuzdur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısı Vətən müharibəsinin başa çatması ilə bağlı xalqa müraciətində bu barədə deyib: “Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq”. Öz növbəsində, Birinci vitse-prezident Mehriban xanım Əliyeva da şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi, şəhid ailələrinin, qazilərin hərtərəfli qayğı ilə əhatə olunmasına xüsusi diqqət yetirir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirir. Qazilərimizin istər respublikamızda, istərsə də xarici ölkələrdə müalicə almaları, sağlamlıqlarını bərpa etmələri istiqamətində Mehriban xanımın fəaliyyəti misilsizdir. Mehriban xanım Əliyeva şəhidlərimizə hörmət və ehtiramını belə ifadə edib: “Azərbaycan xalqının igid oğulları Zəfər naminə, Azərbaycanın gələcəyi naminə canlarından keçib. Onların hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsidir... Şəhidlərimizin qanı nahaq yerə tökülmədi – biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu. Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq. Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaqlar”. 44 günlük savaş, bütün itkilərinə və ağrı-acısına baxmayaraq, tariximizin şanlı səhifəsi hesab edilir. Bunun nəticəsidir ki, müharibənin başlandığı 27 Sentyabr şəhidlərimizi anma günü kimi qeyd edilsə də, həm də haqlı olaraq qürur və şərəf günü kimi qiymətləndirilir. Azərbaycan xalqı, dünyadakı bütün azərbaycanlılar tarix boyu 27 Sentyabr – Anım Gününü böyük ehtiram və hörmətlə yad edəcək, öz canı-qanı bahasına Şanlı Zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşadacaqdır!
Zəfərimiz bayramlar ayı olan noyabrı tarixi aya çevirdi. Qələbənin məhz noyabr ayına təsadüf etməsi ədliyyəçilərinin də sevincinə sevinc qatdı. Ədliyyə işçiləri indi öz peşə bayramlarını daha ürəklə və qürur hissi ilə qeyd edirik. İşğaldan azad olunmuş torpaqlarda ədliyyə orqanlarının qurulması da bizim növbəti uğurumuzdur. Yüksək vəzifə daşımasına rəğmən ədliyyə əməkdaşının müharibədə iştirakı, şəhidlik zirvəsinə ucalması dövlətçilikdə əhəmiyyətli orqan olaraq, xalqa və dövlətə bağlılığımızın göstəricisidir. Bir əsrdən çox ömrü olan Azərbaycan Ədliyyəsinin əmin əllərdə dövlət var olduqca var olacağına, daha əzm və ədalətli çalışacağına inam hissi ilə bütün ədliyyə işçilərini qarşıdan gələn 22 Noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı Günü münasibəti ilə təbrik edirəm!
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar