Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Cəbr elminin banisi – Xarəzmi

Tarix: 24-11-2019 22:43     Baxış: 4450 A- / A+
Cəbr elminin banisi – Xarəzmi

Frederik Starrın "İtirilmiş Maariflənmə: ərəb fütuhatından Teymurləngin dövrünə kimi Mərkəzi Asiyanın qızıl əsri" kitabından tərcümə

Əbu Abdullah Məhəmməd əl-Xarəzmi (780-850), adından da göründüyü kimi, Mərkəzi Asiyanın şimal hüdudlarında yerləşən, səhralarla və təpələrlə əhatə olunmuş əl-Xarəzm şəhərinin yetirməsi idi. Yarım əsrə yaxın Bağdadda fəaliyyət göstərmiş bu qeyri-adi dərəcədə istedadlı alim cəbr elmini sistemləşdirdi və ona ad verdi. O, xətti və kvadrat tənliklərin həlli üçün əlverişli üsul ixtira edərək, sonrakı 500 il ərzində cəbr elminin əsas mövzusunu müəyyənləşdirdi. O, kürə triqonometriyasını kəşf etdi, ərəbləri (daha sonra isə avropalıları) onluq hind say sistemindən (hazırda yanlış olaraq ərəb rəqəmləri adlandırılır) istifadə etməyə sövq etdi, o zamana kimi yalnız Meksikadakı olmeklərə məlum olan sıfır anlayışını və mənfi kəmiyyətləri riyaziyyata gətirdi. Xarəzmi hesab (arifmetika) əməliyyatlarını həyata keçirmək üçün hind (ərəb) rəqəmlərindən istifadə edərək elə bir metod hazırladı ki, təhrif olunmuş latın tələffüzündə alqoritm anlayışı onun (əl-Xarəzminin) adı ilə adlandırıldı. Alqoritm bu gün düzgün nəticə almaq üçün kompüterlərə nəhəng miqdarda məlumatı emal etmək imkanı verən dəqiq təlimat sayılır. Digər elmi naliliyyətlərlə yanaşı, Xarəzmi Yer üzərindəki 2402 məntəqə üçün en və uzunluq koordinatlarını dəqiqliklə ölçdü (ona kimi bu miqdarda məntəqənin koordinatını ölçən olmamışdı).

Manevr.az islam.az-a istinadən bildirir ki, Xarəzminin müasiri olan katiblər onun riyaziyyat, astronomiya və coğrafiya sahələrində ərəb dilində qələmə aldığı dörd əsas kitabın üzünü köçürdülər və bu kitablar Hindistandan İspaniyaya kimi böyük ərazidə özünə oxucular qazandı. Amma sonralar Xarəzminin hesab mövzusunda yazdığı bütün kitabların köçürülmüş surətləri itdi, yalnız cəbr və coğrafiya mövzusunda yazdığı hər kitabın bir ərəbcə nüsxəsi zamanımıza kimi gəlib-çatdı. Digər nüsxələrin itib-batması İntibah dövründən etibarən əksər ərəb dünyasında və Mərkəzi Asiyada xaos və mədəni tənəzzülün başladığını göstərir. Əgər Bağdadda hakimiyyət sürmüş Abbasi xəlifəsi Məmundan 300 il sonra yaşamış üç alim olmasaydı (onlardan ikisi ingilis, biri italiyalı idi), biz bu şah əsərlərin heç birini görmək imkanı qazanmazdıq.

Batlı Adelard (ingilis filosofu, 1080-1152) öz elmi fəaliyyətinə qədim nüsxələri öyrənən tipik orta əsr alimi kimi başlamışdı. O, ərəbdilli alimlərin əsərlərindən yeni ideyalar əldə etməyin mümkünlüyünü anladıqdan sonra səyahətlərə çıxdı, əvvəlcə Fransa və İtaliyaya, daha sonra Antioxiyaya və Aralıq dənizinin şərq sahillərində yerləşən digər şəhərlərə səfərlər etdi. Alim Xarəzminin hesaba aid bir kitabı ilə vətənə qayıtdı, həmin kitabda ispaniyalı bir ərəbin köçürdüyü Xarəzminin astoronomik cədvəlinin qısaldılmış variantı da var idi. Adelard yubanmadan kitabı latın dilinə tərcümə etdi, bu əsər İngiltərədə və bütün qitədə klassik mənbəyə çevrildi. Beləliklə, Xarəzminin kitabı XVI əsrə kimi riyaziyyat elmində əsas dərslik sayılmağa başladı.

Adelarddan 10 il sonra digər ingilis alimi Çesterli Robert əlyazma kitabların ardınca İspaniyaya yola düşdü. Orada o, Xarəzminin "Əlcəbr" kitabının ərəbcə orijinalı ilə tanış oldu. Robert ərəb dilini yaxşı bilmədiyi üçün mətni latın dilinə çevirərkən bucağı ifadə edən hind kəlməsinin ərəb variantını səhv transliterasiya etdi və troqonometrik termin olan "sinus" kəlməsini olduğu şəkildə saxladı. Bununla belə, Çesterli Robertin tərcüməsi avropalılarda təcrübi və nəzəri fənn olaraq həndəsəyə və triqonometriyaya maraq yaratdı. Təqribən həmin dövrdə Kremon şəhərindən olan bir italiyalı alim ərəb dilini öyrənmək və "ən yeni" bilikləri Şərqdən gətirmək məqsədi ilə İspaniyaya səfər etdi. Toledoda xristian üsul-idarəsi altında yerləşən ərəbşünaslıq mərkəzində kremonlu Gerard özü Xarəzminin "Əlcəbr" kitabını və astronomik cədvəllərini tərcümə etdi, eləcə də, daha 85 əsəri ərəbcədən latın dilinə çevirdi.

Bu üç böyük tərcüməçi sayəsində Xarəzminin əsas əsərləri latın dilində günümüzə kimi gəlib-çatdı, amma ərəb dilindəki orijinallar itib-batdı.

Xarəzmi pedoqoji və təcrübi cəhətdən məsələyə yanaşaraq, "Əlcəbr" kitabını heç bir rəqəm və tənlikdən istifadə etmədən yenidən işlədi. Kitabın mətni o qədər sadə alındı ki, hətta mütəxəssis olmayan oxucuda da elə ilk səhifələrdən maraq yarada bildi.

Xarəzmi cəbri müstəqil elm kimi təqdim etdi, onu çox sadə dillə izah etməyə nail oldu, bir sıra mühüm məsələlərin həlli üçün orijinal üsullar işləyib-hazırladı...

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar