Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

İngiltərə bölgədə nüfuz uğrunda mübarizəyə qoşulur : Şahzadənin Yaxın Şərq səfəri

Tarix: 27-06-2018 22:52     Baxış: 1357 A- / A+
İngiltərə bölgədə nüfuz uğrunda mübarizəyə qoşulur


Britaniya şahzadəsi Uilyam (William) Yaxın Şərqə gözlənilmədən səfər edib. Bu səyahətin qeyri-rəsmi olduğu bildirilsə də, əslində istər İsraildə, istərsə də Fələstində bu məsələylə bağlı bir mənalı fikir yoxdur.
Uilyamın səfəri ilə bağlı yerləşdiyi otelin rəhbərliyi Britaniyadan özəl çay, şahzadənin sevdiyi südü, ciyələk mürəbbəsini də özəl sifarişlə təmin edib. Uilyam 3 gecə Yerusəlimdə qalmağı planlaşdırıb. Maraqlıdır ki, şahzadənin seçdiyi King David Hoteli 1946-cı ildə yəhudi hərbiçiləri tərəfindən bombardıman edilib və 92 nəfər həyatını itirib. Uliam İsrail prezidenti Reuven Rivlin və Baş nazir Benyamin Netanyahu , habelə Fələstin prezidenti Mahmud Abbasla görüşməyi planlaşdırır. Məlumat üçün bildirək ki, şahzadə İsrailə İordaniyadan birbaşa gəlib. O, İordaniya kralı Hüseylə birada dünya çempionatı üzrə keçirilən İngiltərə-Panama futbol oyununu da seyr edib.
Şahzadənin gözlənilməz səfəri bir sıra sualları də gündəmə gətirib. Əvvəla ona görə ki, Uilyam 1948 ildən bu günədək İsrailə rəsmi səfər edən ilk kral ailəsi üzvüdür. İndiyədək Yerusəlimə baş tutan şahzadə II-ci Filip və şahzadə Çarlzın səfərləri şəxsi xarakter daşıyıb. Uilyamın səfər proqramında Yaxın Şərq ölkələrinin başçılarıyla ikitərəfli görüşü planlaşdırılıb. Bu isə şahzadənin regiona əli boş gəlmədiyini göstərir. Böyük Britaniyanın Avropa İttifaqından çıxmasının ardından ingilis hökumətinin Yaxın Şərqdə nüfuz uğrunda mübarizəyə girişməsi birmənalı qarşılana bilməz. Ümumiyyətlə, krallığın son dövrlərdə dünya siyasətində azalan nüfuzu,beynəlxalq aləmdə baş verən hadisələrə real və zamanında reaksiya verməməsi, proseslərə təsir etmə gücünün minimuma enməsi/endirilməsi, habelə dünya liderləriylə ikili münasibətlərin ürək açan olmaması bütövlükdə İngiltərəni aktiv hərəkətə keçirən amillərdir. Hökümət bu istiqamətdə ən doğru yolun dünyada böyük nüfuza malik kral ailəsinin gücündən istifadə etmək olduğunu düşünür. Şahzadənin Yaxın Şərqə səfəriylə bağlı mümkün ehtimallardan biri də onun İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ prezidenti Donald Trampla, Rusiya prezidenti Vladimir Putinlə ikili münasibətlərinin yaxşı olmasıyla bağlıdır. İngiltərə höküməti bu yolla sözügedən ölkələrlə daha da yaxınlaşmaq niyyətindədir. Qeyd edək ki, İngiltərə Amerikanın səfirliyini Qüdsə köçürməsiylə bağlı məsələyə qarşıdır.

Böyük Britaniya Yaxın Şərqdə hansı rolu oynaya bilər? Şahzadənin regiona səfəri İsrail-Fələstin arasında davam edən münaqişəyə hansı töhvələr verə bilər?Analitiklərin ilkin rəyi ondan ibarətdir ki, şahzadə əlində hər hansı konkret təkliflə gəlməyib. Bununla belə, onun keçirəcəyi ikitərfli görüşlərin nəticəsindən asılı olaraq münaqişə tərəfləri danışıqlar masası arxasında otura bilər ki, hər iki tərəf şahzadənin səfərindən məmnunluqlarını gizlətmirlər. Bu isə regionda marağı olan dövlətlər üçün nə qədər məqbul variantdır onu siyasi proseslərin inkişafı diktə edəcək. Bütövlükdə İngiltərənin bölgədəki nüfuz uğrunda mübarizəyə qoşulması,aktiv oyunçuya çevrilmək istəyi və təşəbbüsləri özünü yaxın gələcəkdə atılacaq konkret addımlarda daha aydın göstərəcək.

R.Rəhimli

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar