Sizin Reklam Burada
Xəbər lenti
01-02-2025
30-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Ermənilər Bakının adını Vasprakan qoymuşdular"

Tarix: 13-06-2017 20:58     Baxış: 5322 A- / A+
"Ermənilər Bakının adını Vasprakan qoymuşdular"


Erməni məsələsi ilk dəfə 1878-ci ildə keçirilən Berlin konfransında gündəmə gəldi. Bundan əvvəl Osmanlı imperiyasını parçalamaq üçün Şərq məsələsi də gündəmə gətirilmişdi. Erməni məsələsi isə Şərq məsələsinin içərisindən çıxmışdı. Çünki kiçik millətləri hərəkətə gətirib onlardan istifadə etmək istəyirdilər.

Manevr.az
-ın musavat.com-a istinadən məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri, AMEA Tarix İnstitutunun Qarabağ şöbəsinin baş elmi işçisi Nazim Mustafa bu sözləri iyunun 13-də Dövlət İdarəçilik Akademiyasında jurnalistlər üçün keçirilən elmi maarifləndirmə və təbligat kurslarındakı məruzə edərkən bildirdi. Qeyd edək ki, “Qarabağ Araşdırmalar Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası layihəsi çərçivəsində Azərbaycanın KİV-nin nümayəndələri üçün “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin mərhələləri” haqqında qısamüddətlı kurslara başlayıb. Tədbirdə çıxış edən Nazim Mustafa qeyd etdi ki, Berlin Konfransında 6 vilayətdə ermənilərə muxtariyyət verilməsi məsələsi qoyulmuşdu: “Berlin konfransında ermənilərə muxtariyyət verilməsi Osmanlı imperiyasının üzərinə qoyuldu. Hətta erməni gənclərinə təhsil vermək üçün Avropaya apardılar. Daha sonra ermənilərin kütləvi silahlandırılması prosesi başladı”. Dediyinə görə, hətta Berlin konfransının gedişində bir erməni əlində İncil, ağlayaraq iştirakçılara yaxınlaşır ki, bölgədə ermənilər yaşayır, amma onların dövləti yoxdur. Tədbirin təşkilatçılarından isə “ağamaqla dövlət əldə olunmaz, dövlət istəyirsinizsə, gedin, silahlanın” məsləhətini alır.

1885-ci ildən başlayaraq erməni siyasi partiyaları yaradılır: “Bu partiyaların nizamnaməsində silahlanma məsələsi öndə gəlirdi. Avropa və Rusiya tərəfindən silahlandırma prosesi başladı. Bu gün də o proses davam edir, biz də itirə-itirə gedirik.1898-1908-ci illərdə 400 min erməni Qafqaza köçürüldü. Ermənilər İrəvan quberniyasına üz tutmuşdular. Ev, şərait olmadığı üçün Azərbaycan kəndlərini qırıb-çataraq onların yaşayış məntəqlərində məskunlaşmağa başladılar”.

Nazim Mustafa bir sıra tarixi həqiqətləri konkret faktlarla diqqətə çatdırdı. Bildirdi ki, o zaman Qalitsin “Novoye vremya”da yazırdı ki, Cənubi Qafqazdakı qırğınları Türkiyədən gələn ermənilər törədir: “Hətta demişdi ki, ermənilərin kökünü kəsəcəyəm. Erməni kilsəsi terrorun həm silah, həm maliyyə mənbəyi rolunu oynayırdı. Lakin ermənilər onu dilənçi paltarında xəncərlə ağır yaraladılar. Bundan o işləyə bilmədi və Qafqaza arvadı erməni olan İllarion Voronsov-Daşkovu canişin göndərdilər. O vaxt yazılırdı ki, Qafqazda qərarlar Voronsovun yataq otağında qəbul olunur. Azərbaycanlılar isə o zaman qəflət yuxusundaydılar ki, burdakı ermənilər və xaricdən gələn ermənilər əl-ələ verib buranı mənimsəmək istəyirdilər. İlk olaraq Sabunçu kənd sakini ermənilər tərəfindən öldürüldü və qırğın burdan başlandı. Çünki Bakıda neft bumu yaşanırdı və ermənilər neft mədənlərini ələ keçirmək istəyirdilər. Bu, elə Cənubi Qafqazı ələ keçirmək demək idi. Ermənilər onların əl-qolunu bağlamağa çalışan Nakaşidzeni də “Qubernator” bağında qətlə yetirdilər. Bakıda qırğın üç gün çəkdi, daha sonra İrəvanda başladı. Bakı, Gəncə və digər ərazilərimizi də öz aralarında bölüşdürmüşdülər. Hətta Bakının adını “Vasprakan” qoymuşdular”.

Araşdırmaçı alim dedi ki, bundan sonra ermənilər Naxçıvana hücum etdilər: “Məqsəd Qarabağa qədər bütün əraziləri boşaltmaq, ələ keçirmək idi, amma Naxçıvanda ermənilər məqsədinə çata bilmədilər. Növbəti dəfə Zəngəzurda hərəkətə keçdilər. Ən uzun sürən qırğınlar Zəngəzurda baş verib.

1905-ci ildə başlayan qırğınlar 1906-cı ilin payızına qədər davam etdi. Səssiz soyqırımı gedirdi, Azərbaycan dövləti yox idi ki, səsinə səs versin. Bakıdakı erməni kilsəsində üç dəfə qırğın törətdilər. Hər dəfə kilsə zəngi çalınanda ermənilər evlərindəki silahları çıxarıb pəncərələrdən ətrafa güllə yağdırırdılar. Azərbaycanlı bilmirdi ki, qonşusu onu qətlə yetirmək üçün fürsət axtarır. Ermənilər müasir silahları Tuladan gətirirdilər. Hətta “Daşnaksütyun” və “Hınçak”ın silahlı qüvvələri Azərbaycan kəndlərinin talan olunmasına görə toqquşmuşdular”.

N.Mustafa dedi ki, ermənilər Şuşada üç dəfə qırğınlar törətdilər: “Növbəti qırğınlar Yelizavetopol qəzasında davam etdi. Gəncədə Dəli Alının dəstəsi gəldi, azərbaycanlıları qıran ermənilərə qan uddurdu. Həmçinin Tiflisdəki azərbaycanlı məhəlləsindəki türkləri məhv etmək üçün qırğınlar törətdilər. Borçalıdan dəstələr gəldi, qırğınları dayandırdı”. Daha sonra məruzəçi dəhşətli statistikanı açıqladı: “Ermənilər tərəfindən törədilən, 1905-ci ilin fevralından başlayan qırğınlar 1906-cı ilin sonlarına qədər davam etdi. 1,5 milyon əhalinin yaşadığı bölgəni əhatə edirdi. 1,3 milyon əhali yerindən-yurdundan oldu. İrəvan quberniyasında 1300-dən artıq kənddən 900-dən çoxu azərbaycanlı kəndləri idi. Təksə İrəvan və Zəngəzurda 200-dən artıq kəndləri viran qoydular. Əhalinin bir qismi Qarabağa, Naxçıvana üz tutdu”. Məruzəçi alim dedi ki, ermənilər bu qırğınların qarşısını almaqda mühüm rolu olan Maqsud Əlixanov Avarskiyə bir dəfə Tiflisdə terror etdilər: “O, yaralandı, amma həyatda qaldı. Növbəti dəfə isə Gümrüdən keçəndə onu qətlə yetirdilər. Ado adlı erməni tədqiqatçı ermənilərin törətdiyi qırğınlar haqqında “bunlar barbarlıqdır, insanlığa yaraşmayan hərəkatdır” deyir. Onun kitabı 1907-ci ildə nəşr olunub, həmin ildə “Daşnaksütun” partiyasından istefa verib. Arakel Babayan isə yazırdı ki, Şuşada erməni anklavının yaradılması işi gedirdi. 1906-cı ildən sonra Əhməd bəy Ağayevin başçılığı ilə “Difai” partiyası yaradıldı. Həmçinin Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvləri bu partiyanı maliyyələşdirirdilər. Partiya Çar Rusiyasına qarşı bəyanat yaydı ki, əgər siz qırğınları dayandırmasanız, biz də sizə qarşı eyni üsulla terrora əl atacağıq. Bundan sonra “Difai” üzvü gedib Tiflisdə oturdu, bir ay izlədi və Qalaşakovu orda öldürdü. Bundan sonra erməni siyasi təşkilatları əl-ayağa düşməyə başladılar və silahı yerə qoyduqlarını bəyan etdilər. O zaman kompensasiya üçün araşdırma komissiyası yaradıldı. Bu zaman 25 kənddən bir nəfər də olsun sakin tapılmadı ki, ondan başına nə gəldiyi sorğu-sual edilsin. Erməni əhaliyə isə daha çox kompensasiya verildi”.

Məruzəsinin sonunda N.Mustafa düşmənə qarşı səfərbər olunmağa səslədi: “Son100 ildə bizim günümüz eynidir, itirə-itirə gəlirik. Nə vaxta qədər biz itirəcəyik?

Türkiyəyə qarşı da vaxtilə ermənilərdən istifadə olunurdu, bu gün kürdlərdən istifadə olunur. Vaxtilə ermənilər açıq şəkildə istəklərini etiraf edirdilər. Məqsəd o idi ki, Xankəndidən bir erməni silahı çiyninə salıb Şuşadan keçməklə İrəvana gedəndə bir dənə də türk kəndi ilə rastlaşmasın. 100 il keçib, amma erməni taktikası dəyişməyib, Kür və Araz çayları arasındakı münbit torpaqları götürüb Gəncədə birləşmək. Bu gün də o taktika davam edir. Bizim borcumuzdur ki, millətimizi xəbərdar edək. Ermənistan dağılsa da, acından məhv olsalar da, beyinlərindəki o zəhər nəsildən-nəslə ötürülür”.

Yeri gəlmişkən, erməni dilini mükəmməl bilən Nazim Mustafa İrəvan tarixi barədə yazdığı kitaba görə dövlət mükafatı alıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar