Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

Su yenidən bahalaşacaq? - "Hazırkı qiymət kifayət deyil"

Tarix: 04-06-2021 16:05     Baxış: 4125 A- / A+
Su yenidən bahalaşacaq? - "Hazırkı qiymət kifayət deyil"

Demək olar ki, bütün dünyada hazırda su qıtlığı yaşanır. Azərbaycanda da vəziyyətin ciddi hal almaması üçün tədbirlər görülür, su ehtiyyatlarının yaradılması üçün addımlar atılır.

Bu vəziyyət, yəni suyun fasilələrlə verilmə prosesi çoxaldıqca belə ehtimal yaranır ki, qarşıdakı aylarda, il sonu suyun qiyməti arta bilər.

Maraqlıdır, ehtimallar nə dərəcədə özünü doğruldacaq? Suyun qiyməti bahalaşa bilərmi?

Manevr.az xəbər verir ki, məsələ ətrafında sfera.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov idarəçilik və su-təchizat məsələsində problemlər həll olunmazsa, hazırkı qalxmış qiymətin kifayət etməyəcəyini bildirib:

"Tarif Şurası suyun qiymətini qaldırarkən dövlət büdcəsindən ayrılan vəsaitdən asılılığın azaldılmasını düşünürdü. Suyun qiymətinin qalxması ilə iş bitmiş sayılmır.

"Azərsu”nun idarəetmə sistemində dəyişikliyin olmayacağı təqdirdə yenidən su problemi və bu sahədə problemlərin olacağı qaçılmaz idi.
Yeni rəhbərliyin hansı yeni şərtlər, qərarlar, idarəçilik siyasəti və su təchizatı sistemində hansı işləri görəcəyini zaman göstərəcək. Vurğulamaq istədiyim əsas məsələ budur ki, yalnız suyun qiymətini qaldırmaqla bu problem həll oluna bilməz, idarəçilik və su-təchizat məsələsində problemlər həll olunmazsa, hazırkı qalxmış qiymət kifayət etməyəcək.

"Şirin suyun qeyri-bərabər paylanılması, qlobal istiləşmə, bu səbəbdən buxarlanma səviyyəsinin yuxarı olması, su mənbələrinin çirklənməsi, su ehtiyatlarının zəif saxlanılması və s. kimi hallar su çatışmazlığına gətirib çıxaran səbəblərdəndir. "Azərsu”nun yeni rəhbəri məhz bu kontekstdən çıxış edərək problemlərin həll yollarını tapmalıdır.

Azərbaycanda suvarma sistemlərindən istifadə edərkən hopma, kənarlara daşma və buxarlanmalar nəticəsində şirin su ehtiyatlarından istifadədə israf halı baş verir. Hesab edirəm ki, bu istiqamətlərdə itkilərə ciddi fikir verilməlidir, nəinki vətəndaşı su kranını daha tez bağlamağa təşviq etməyə. 1000 vətəndaşın su kranını gec bağlaması bir sahibkarın suyu boşuna axıtmasından daha az zərərlidir. Ən əsası su probleminin aradan qaldırılması üçün mümkün qədər çox və irihəcmli su anbarları tikilməlidir. Həmin su anbarları suya tələbatın pik həddə çatdığı vaxtlarda istifadə edilə bilər.

Misal üçün suya daha az tələbatın olduğu dönəmlərdə - qış aylarında Kür və Arazdan axan şirin su Xəzər dənizinə qarışaraq istifadəsiz olur. Biz bu su həcmlərini su anbarlarında saxlamalıyıq ki, tələbat artdıqda ondan isifadə edək".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar