Sizin Reklam Burada
Xəbər lenti
02-07-2026
01-07-2026
BÜTÜN XƏBƏRLƏR

Nazir yeni məntəqənin açılışını etdi - VİDEO

Tarix: 03-07-2026 12:46     Baxış: 319 A- / A+

Nazir yeni məntəqənin açılışını etdi - VİDEO

İyulun 3-də Bakı şəhəri, Sabunçu rayonunun Bilgəh qəsəbəsində Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin yeni tikilmiş “Bilgəh” sularda xilasetmə məntəqəsinin açılışı və Xidmət üçün yeni alınmış texnikaların təqdimatı mərasimi keçirilib.
FHN-dən verilən məlumata görə, mərasimdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov iştirak edib.
Məlumat verilib ki, yeni tikilmiş modul tipli sularda xilasetmə məntəqəsi hər cür vasitələrlə təmin olunub, burada dalğıc-xilasedicilərin fəaliyyəti üçün lazımi şərait yaradılıb. Bundan əlavə, bildirilib ki, dalğıc-xilasedicilərin gündəlik fəaliyyətinin daha səmərəli qurulması məqsədilə hazırda 8-i Bakı şəhəri və Abşeron rayonunda, 12-si isə digər bölgələrdə olmaqla ümumilikdə 20 modul tipli sularda xilasetmə məntəqəsinin tikintisi həyata keçirilir.
Həmçinin, məlumat verilib ki, yeni alınmış texnika və hissələrə 10 ədəd 4 metrlik altı plastik rezin qayıq, 10 ədəd “Yamaha” markalı hidrosikl və bunlar üçün 10 ədəd “Mercury 25” markalı asma mühərrik daxildir. Çevikliyi, istismar cəhətdən sadəliyi və texniki xidmət baxımından rahatlığı ilə seçilən bu texnikalar vətəndaşlarımızın sularda təhlükəsizliyinin təmin edilməsi işinə mühüm töhfə olacaqdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə diqqət və qayğısı sayəsində Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının daim yeniləndiyini, xilasetmə, yanğınsöndürmə və digər təyinatlı ən müasir texnika və avadanlıqların ölkəmizə gətirilərək uğurla tətbiq olunduğunu, şəxsi heyətin gündəlik fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını xatırladan nazir Kəmaləddin Heydərov, insanların sularda təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsinin Fövqəladə Hallar Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu vurğulayıb, bu sahədə işin daha səmərəli təşkili məqsədilə müvafiq tapşırıqlar verib.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar