Xəbər lenti
Belə paylaşımların 2000 manat cəriməsi var
Vəkil Emil Aslanov bildirib ki, şəxsi həyatın toxunulmazlığının pozulması dedikdə şəxsin razılığı olmadan onun şəxsi və ya ailə həyatı ilə bağlı məlumatların yayılması, yazışmalarının oxunması və ya izinsiz müşahidə edilməsi nəzərdə tutulur:
"Bu hüququn pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət yaradır. Belə ki, Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən, şəxsi və ailə həyatının sirri hesab edilən məlumatların, həmin məlumatları əks etdirən sənədlərin, video və foto materiallarının, səs yazılarının qanunsuz toplanılması, yayılması, satılması və ya başqasına verilməsi 1000 manatdan 2000 manatadək cərimə, 240 saatdan 480 saatadək ictimai işlər və ya bir ilədək islah işləri ilə cəzalandırıla bilər", - deyə vəkil bildirib.
Bu cür əməllər birbaşa cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinin 156-cı maddəsi şəxsi həyatın toxunulmazlığını pozanlar üçün xüsusi cəzalar nəzərdə tutur. Şəxsi və ailə sirri sayılan sənədlərin, video, foto və səs yazılarının qanunsuz toplanılması, yayılması və ya satılması qadağandır.
Qanunu pozan şəxsləri 1000 manatdan 2000 manatadək cərimə gözləyir. Həmçinin məhkəmə tərəfindən 240 saatdan 480 saatadək ictimai işlər və ya bir ilədək islah işləri cəzası verilə bilər. demokrat.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































