Xəbər lenti
Bəzi qatarların hərəkət qrafiki dəyişdi
Sərnişin tələbatının daha operativ və dayanıqlı şəkildə qarşılanması üçün bu gündən Azərbaycanda bəzi dəmir yolu marşrutları üzrə qatarların hərəkət cədvəlində dəyişiklik qüvvəyə minib.Manevr.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin məlumatına əsasən, yay mövsümündə sərnişin axınının azalması nəzərə alınaraq Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkəti yay qrafikinə uyğun təşkil ediləcək.
Yeni qrafikə əsasən, həftənin iş günlərində reyslərin sayı optimallaşdırılacaq və bu marşrut üzrə gündəlik 84 reys yerinə yetiriləcək. Şənbə və bazar günləri isə qatarlar əvvəlki hərəkət cədvəli ilə fəaliyyət göstərəcək.
Eyni zamanda, iyulun 1-dən Bakı-Balakən-Bakı marşrutu üzrə də qatarların yola düşmə saatı dəyişdirilir. Yeni cədvələ əsasən, qatar Bakıdan saat 23:30-da (əvvəlki 23:50 əvəzinə), Balakəndən isə saat 21:10-da (əvvəlki 22:00 əvəzinə) yola düşəcək.
Sərnişinlər qatarların yenilənmiş hərəkət cədvəli ilə "Azərbaycan Dəmir Yolları" QSC-nin rəsmi internet səhifəsində tanış ola bilərlər.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


.jpg)
Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































