Sizin Reklam Burada
Xəbər lenti
29-06-2026
28-06-2026
27-06-2026
BÜTÜN XƏBƏRLƏR

Papravənd-Qarapirim şəhidləri

Tarix: 29-06-2026 18:24     Baxış: 483 A- / A+
Papravənd və Qarapirim kəndlərində şəhidlərin anım günü keçirildi. Anım günündə şəhid ailələri, kənd ağsaqqalları, qazilər, Vətən müharibəsinin veteranları və qonaqlar iştirak edirdilər. İştirakçılar Papravənd qəbristanlığındakı şəhidlərin şəkilləri düzülmüş dəmir lövhə qarşısına toplanmışdılar.
Manevr.az xəbər verir ki, tədbir Azərbaycan himni ilə başladı. Sonra şəhidlərin xatirəsi bir dəqiqlik sükutla yad edildi.
Yığıncağı Ağdam RİH-nin Papravənd kənd İnzibati ərazi  dairəsi üzrə  Papravənd-Qarapirimli kənd ərazi nümayəndəsi Əliyev Hümbət Kərim oğlu açdı. O, zəhmət çəkib bura gələn həmkəndlilərini salamladı. Sonra sözü  Hacı Vüqara verdi. Hacı Vüqar şəhidlərimizin və bu qəbristanlıqda uyuyan kənd sakinlərinin ruhuna bir surə oxudu. Bundan sonra söz keçmiş Ağdam İH-nin başçısı Həsən Sarıyevə, keçmiş polis işçisi Qərib müəllimə, Azad VP-nın sədri Akif Nağıya, Qədulla müəllimə, Təvəkgül Rəşid oğluna, şəhid ailələrinə və başqalarına verildi. Çıxış edənlər Ali baş komandan, hörmətli prezidentimiz İlham Əliyevə torpaqlarımızın azad edilməsində göstərdiyi qətiyyətə görə və apardığı davamlı siyasətə görə minnətdarlıqların bildirdilər. Ordumuzun müasir NATO standartlarına cavab verməsindən, düşmən layiqli zərbə vurmasından danışdılar. Məktəblilər şəhidlərə həsr olunmuş şeirlər dedilər. 

Görüş iştirakçıları çıxışlardan sonra şəhidlərin, dünyasın dəyişən əzizlərinin məzarların ziyarət etdilər. Bundan sonra maşınlara oturub Qarapirim kənd qəbristanlığına yola düşdük. Orada dəfn olunmuş şəhidlərin ruhlarına dualar oxundu. 
Şəhidlər ziyarət edildikdən sonra yenə Papravənd kəndinə qayıtdıq. 
Kənd qəbristanlığının yanında qurulmuş kişilər və qadınlar üçün çadırda təşkil olunmuş çay və şirniyyat süfrəsi açılmışdı. Bu günkü anım gününü və ehsan süfrəni Papravənd kənd İnzibati ərazi nümayəndəsi Hümbət Əliyevin, Hacı Namiqin təşəbbüsü ilə onlarla birlikdə oxumuş 1985-ci ilin məzunları təşkil etmişdilər. Hacı Namiq təklif etdi ki, hər ilin bu günü həm də kənd camaatının həmrəyliyi günü kimi keçirək. 
Tədbir ruh yüksəkliyi ilə keçirildi. Verdiyi dəstəyə görə onlar Ağdam rayon İH-nin başçısı cənab Vaqif Həsənova minnətdarlıqlarını bildirdilər.

Məmməd Gürşadoğlu
şair-publisist, 

AJB-nin üzvü

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar