Sizin Reklam Burada
Xəbər lenti
29-06-2026
28-06-2026
BÜTÜN XƏBƏRLƏR

Bu saytlara giriş məhdudlaşdırılacaq

Tarix: 30-06-2026 14:51     Baxış: 428 A- / A+

İnternet informasiya ehtiyatlarına müraciətin müvəqqəti məhdudlaşdırılacağı hallar genişləndirilir.

Manevr.az trend-ə istinadən xəbər verir ki, bu dəyişiklik Milli Məclisin bugünkü iclasında müzakirə edilən "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" Qanuna təklif olunan düzəlişlərdə əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, internet informasiya ehtiyatlarında yayılması qadağan edilən məlumatların yerləşdirilməsinə yol verilməməlidir. Bu kateqoriyaya narkotik vasitələrin hazırlanması və istifadəsi ilə bağlı məlumatlar, pornoqrafik materiallar, ictimai əxlaqa zidd məzmunlar, qumar və qanunsuz mərc oyunlarına çağırışlar, intiharı təşviq edən məlumatlar, yaş kateqoriyasına uyğun olmayan audio-vizual materiallar, təhqir və böhtan xarakterli informasiyalar, eləcə də ictimai təhlükəsizliyə təhdid yarada bilən yalan məlumatlar daxildir.
Təklif edilən dəyişikliklərə əsasən, bu cür məlumatların yerləşdirildiyi hallarda internet informasiya ehtiyatına və ya onun müvafiq hissəsinə giriş müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Qeyd edilib ki, internet informasiya ehtiyatı dedikdə internet şəbəkəsində yaradılan, informasiyanın yayılması üçün istifadə olunan, domen adı və digər identifikasiya vasitələrinə malik olan informasiya resursu nəzərdə tutulur.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar