Sizin Reklam Burada
Xəbər lenti
29-06-2026
28-06-2026
BÜTÜN XƏBƏRLƏR

Almaniyada ana və uşaq sığınacağına silahlı hücumda 6 nəfəri öldürülüb

Tarix: 30-06-2026 08:38     Baxış: 322 A- / A+
Almaniyada ana və uşaq sığınacağına silahlı hücumda 6 nəfəri öldürülüb
Almaniyanın şimalındakı Ştade şəhərində ana və uşaqlar üçün nəzərdə tutulmuş sığınacaqda baş verən silahlı hücum nəticəsində altı nəfər ölüb.

Bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, hücumu həyata keçirməkdə şübhəli bilinən 45 yaşlı kişi uşağın qəyyumluğu ilə bağlı mübahisə səbəbindən hadisəni törədib. O, hadisədən əvvəl sığınacaqda görüşdə iştirak edib və daha sonra günorta saatlarında atəş açmağa başlayıb.

Hücum nəticəsində dörd qadın və iki kişi həlak olub. Bildirilir ki, ölənlərin hamısı müəssisənin əməkdaşlarıdır. Beş nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada dünyasını dəyişib.

Şübhəli şəxs, uşağın anası və daha bir qadın polis tərəfindən saxlanılıb. Rəsmilər hücumçunun üç aylıq qızının və onun anasının təhlükəsiz olduğunu açıqlayıblar.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer hadisəyə münasibət bildirərək, "Qoruma təmin etməli olan bir məkanda bu qədər zorakılığın baş verməsi məni dərindən sarsıtdı", - deyə qeyd edib.

Polisin məlumatına görə, hücumçu Almaniyada doğulub və türk əsillidir. Hadisənin motivi və digər təfərrüatları araşdırılır. teleqraf.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar