Sizin Reklam Burada
Xəbər lenti
01-07-2026
30-06-2026
BÜTÜN XƏBƏRLƏR

Namus üstündə bibisi qızını qətlə yetirənə 13 İL CƏZA

Tarix: 01-07-2026 22:02     Baxış: 325 A- / A+
Namus üstündə bibisi qızını qətlə yetirənə 13 İL CƏZABu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə Bakıda bibisi qızını bıçaqlamaqda və onunla münasibətdə şübhələndiyi digər qohumunu qətlə yetirməkdə təqsirləndirilən Kamal Baxşiyevn cinayət işi üzrə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib.

Dövlət ittihamçısı çıxışında təqsirləndirilən Kamal Baxşıyevin 15 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Qısa müşavirədən sonra məhkəmə tərkibi Kamal Baxşıyevin 13 il azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub.

Xatırladaq ki, hadisə 2026-cı ilin aprelin 4-də paytaxtın Suraxanı rayonu Zığ qəsəbəsində baş verib.

Bakı sakini Kamal Baxşıyev qısqanclıq zəminində bibisi qızı Nailə Səlimovaya çoxsaylı bıçaq zərbələr endirməklə ona ağır xəsarətlər yetirib. Kamal Baxşıyev daha sonra əmisi nəvəsi Elsad Baxışovu bibisi qızı Nailə Səlimova ilə yaxın münasibətdə olduğundan şübhələnərək ona da bıçaq zərbələri endirərək qətlə yetirib.

Kamal Baxşıyev qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və 29.120.2.7-ci (iki və daha artıq şəxsi öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar