Sizin Reklam Burada
Xəbər lenti
02-07-2026
01-07-2026
BÜTÜN XƏBƏRLƏR

Rusiyaya səfər edən azərbaycanlılara yeni tələb

Tarix: 02-07-2026 14:32     Baxış: 324 A- / A+
Rusiyaya səfər edən azərbaycanlılara yeni tələb: Deputat açıq qalan məqamlardan danışdı
"Ümid edək ki, Azərbaycan vətəndaşları da Rusiyaya vizasız səfər edə bilən digər ölkələrin vətəndaşları kimi hər hansı problemlə üzləşməyəcəklər. QR kodu alan şəxs əmin olmalıdır ki, onun ölkəyə girişi ilə bağlı bütün məlumatlar əvvəlcədən aidiyyəti qurumlarla yoxlanılıb və heç bir məhdudiyyət yoxdur".

Manevr.az
bildirir ki, bunu qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov Rusiyanın vizasız rejimlə ölkəyə daxil olan əcnəbilər üçün tətbiq etdiyi yeni elektron qeydiyyat sistemini şərh edərkən deyib.

Deputat bildirib ki, "Gosuslugi RuID" mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçmək və səfərdən ən gec 72 saat əvvəl QR kod əldə etmək məsələsi ötən ildən müzakirə olunur:

"Hətta ötən il iyunun 1-də sistemin sınaq mərhələsi keçirildi. Həmin vaxt müəyyən narazılıqlar da yaşandı. Çünki çoxsaylı insanlar tətbiqdən istifadə və ya sənədlərini əvvəlcədən göndərməklə bağlı çətinliklərlə üzləşdilər. Bu da sistemdən tam şəkildə yararlanmaq  imkanlarını məhdudlaşdırdı". 

Azər Allahverənovun sözlərinə görə, Rusiya hökuməti bu sistemin tətbiqində israrlıdır:

"Çünki bu mexanizm miqrasiya axınlarının daha effektiv idarə olunmasına imkan verir. Nəticədə vahid informasiya bazası formalaşır, məlumatların emalı və yoxlanılması sürətlənir. Bu baxımdan belə rəqəmsal alətlərin tətbiqi vacib hesab olunur. Hazırda bu sistemlə bağlı informasiya məkanında əvvəlki dövrlə müqayisədə daha az mənfi rəyə rast gəlinir. Daha geniş mənada isə məqsəd ölkəyə giriş-çıxışın nizamlanması və miqrasiya uçotunun daha səmərəli aparılmasıdır".

Deputat bununla yanaşı, bəzi risklərin hələ də qaldığını vurğulayıb:

"Azərbaycan vətəndaşları da digər vizasız rejimdən istifadə edən ölkələrin vətəndaşları kimi bu sistemdən istifadə etməlidirlər. Əks halda onların Rusiyaya girişi mümkün olmayacaq. Ancaq burada həssas məqam QR kodun verilməsi ilə bağlıdır. Şəxs səfərdən ən gec 72 saat əvvəl müraciət edir, qısa müddətdə QR kod alır və sərhəddə həmin kodu təqdim edir. Normal halda bundan sonra ölkəyə girişdə heç bir problem yaranmamalıdır".

Onun fikrincə, praktikada fərqli vəziyyətlər də müşahidə olunur:

"Ola bilər ki, digər dövlət qurumları həmin şəxsin ölkəyə girişinə məhdudiyyət tətbiq edib. Lakin bu məlumat vahid sistemdə əks olunmur. Nəticədə vətəndaş bilet alır, QR kod əldə edir, Rusiyaya yollanır, amma sərhəddə məlum olur ki, hansısa məhkəmə qərarı və ya əvvəllər törətdiyi inzibati xətaya görə onun ölkəyə girişinə qadağa qoyulub. Belə vəziyyət ziddiyyət yaradır və vətəndaşların haqlı narazılığına səbəb olur. Əgər şəxs səfərdən 72 saat əvvəl bütün məlumatlarını təqdim edirsə, QR kod aldığı halda ölkəyə girişinə heç bir məhdudiyyətin olmayacağına tam əmin olmalıdır".

Azər Allahverənov hesab edir ki, bu cür halların əsas səbəbi qurumlararası koordinasiyanın tam təmin olunmamasıdır:

"Ötən il sistemin sınaq mərhələsində belə problemlərlə üzləşən şəxslər olmuşdu. Hətta bununla bağlı bizə də müraciətlər daxil olmuşdu".

Qeyd edək ki, iyulun 1-dən etibarən Rusiyaya vizasız rejimlə səfər edən xarici vətəndaşlar üçün yeni giriş qaydaları qüvvəyə minib. Yeni qaydalara əsasən, Azərbaycan vətəndaşları da daxil olmaqla, Rusiyaya vizasız daxil olan əcnəbilər ölkəyə səfər etməzdən əvvəl "Gosuslugi RuID" mobil tətbiqi vasitəsilə elektron qeydiyyatdan keçməlidirlər.

Elektron müraciət sərhədi keçməzdən ən tez 90 gün, ən gec isə 72 saat əvvəl təqdim edilməlidir. Müraciət təsdiqləndikdən sonra istifadəçiyə sərhəd-keçid məntəqəsində təqdim olunacaq xüsusi QR kod formalaşdırılır.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar