Sizin Reklam Burada
Xəbər lenti
02-07-2026
01-07-2026
BÜTÜN XƏBƏRLƏR

Paşinyan Annanı Amerikaya göndərib - SƏBƏB

Tarix: 02-07-2026 23:02     Baxış: 223 A- / A+
Paşinyan Annanı Amerikaya göndərib - SƏBƏBErmənistanın baş nazirinin keçmiş həyat yoldaşı, “Mənim addımım” xeyriyyə fondunun icraçı direktoru Anna Akopyan Birinci Xanımların İllik Toplantısında iştirak etmək üçün Nyu-Yorkda səfərdədir. O, burada son illərdəki fəaliyyətinin üç əsas istiqamətini təqdim edib.

Anna Akopyan keçmiş həyat yoldaşının son parlament seçkilərinin nəticələrinə əsasən yenidən baş nazir seçilməsini öz prioritetlərinə yenidən baxmaq və artıq başlanmış təşəbbüsləri daha ardıcıl şəkildə davam etdirmək imkanı kimi qiymətləndirdiyini bildirib.

Akopyanın sözlərinə görə, birinci istiqamət sülh gündəliyinin təşviqidir. Onun fikrincə, davamlı sülh yalnız dialoq və əməkdaşlıq vasitəsilə qurula bilər.

İkinci prioritet ümummilli “Oxumaq dəbdədir” hərəkatıdır. Akopyan bildirib ki, təşəbbüsün məqsədi fasiləsiz təhsili Ermənistan cəmiyyətinin ən mühüm dəyərlərindən birinə çevirmək, insanların təhsilə münasibətini və onu qavrama tərzini dəyişməkdir.

Üçüncü prioritet istiqamət isə məişət zorakılığının qarşısının alınmasıdır. Anna Akopyan bildirib ki, bu yaxınlarda Ermənistanda məişət zorakılığı ilə bağlı statistik məlumatları, problemin yayılma miqyasını və zərərçəkənlərin real hekayələrini araşdırmağa başlayıb. modern.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar