Xəbər lenti
Bu şəxslər rayondan Bakıya gəlməyəcəklər – SƏBƏB
Bəs rayonlarda insanların dolanışığının yaxşılaşdırılması, gənclərin orada qalması üçün hansı addımlar atılmalıdır?
İqtisadçı Natiq Cəfərli deyib ki, əsas məsələlərdən biri şəhərlə kənd arasındakı fərqlərin minimuma endirilməsidir:
“İnsanların yaşayış yeri seçimi yalnız iqtisadi səbəblərlə deyil, həm də sosial və mədəni imkanlarla bağlı olur. Buna görə də şəhərlər, rayonlar və kəndlər arasında infrastruktur baxımından ciddi fərqlər qalmamalıdır. İnsanlar gələcəklərini planlaşdırarkən təkcə gündəlik ehtiyaclarını deyil, ailələrinin sosial həyatını da nəzərə alırlar. Teatrların, kinoteatrların, mədəniyyət mərkəzlərinin, ictimai tədbirlərin mövcudluğu mühüm amillərdəndir. Bu baxımdan sosial və infrastruktur fərqlərinin aradan qaldırılması vacibdir”.
İqtisadçının sözlərinə görə, digər mühüm məsələ iqtisadi imkanlardır:
“Regionlarda iş yerlərinin sayı hələ də kifayət qədər deyil. İnsanların Bakıya üz tutmasının əsas səbəblərindən biri də bütün imkanların paytaxtda cəmləşməsidir. Mənzil təminatı və sahibkarlıq imkanları regionlarda genişləndirilməlidir ki, insanlar yaşadıqları ərazidə rahat şəkildə həyat qura bilsinlər”.

Natiq Cəfərlinin fikrincə, kənd təsərrüfatı ilə məşğul olan fermerlərin vəziyyəti də diqqət mərkəzində olmalıdır:
“Fermerlik ağır əmək tələb edən sahədir. Lakin düzgün təşkil olunduqda və müasir yanaşmalar tətbiq edildikdə bu sahə yüksək gəlir gətirə bilər. Bəzi hallarda fermerlik şəhərdəki bir çox peşələrdən daha çox qazanc əldə etmək imkanı yaradır. Bütün bunlarla yanaşı, şəhərlə kənd arasında mövcud olan ictimai və sosial fərqlərin aradan qaldırılması üçün əlavə addımlar atılmalıdır. Kəndlərdə və rayonlarda müxtəlif maraq klublarının, ictimai birliklərin və gənclər təşkilatlarının fəaliyyəti genişləndirilməlidir. Gənclərin aktiv sosial həyata cəlb olunması, onların asudə vaxtının səmərəli təşkili və ictimai proseslərdə iştirakının artırılması regionların inkişafına mühüm töhfə verə bilər”. globalinfo.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































