Sizin Reklam Burada
Xəbər lenti
05-06-2026
04-06-2026
BÜTÜN XƏBƏRLƏR

Sadıq Sadıqovun ölümünün təfərrüatları ortaya çıxır: Dəhşətli məqamlar

Tarix: 06-06-2026 09:18     Baxış: 331 A- / A+
Sadıq Sadıqovun ölümünün təfərrüatları ortaya çıxır: Dəhşətli məqamlar
“Neftçi” PFK-nın sabiq prezidenti, “Neftçi” İK-nın İdarə Heyətinin sabiq sədr müavini və Azərbaycan Cüdo Federasiyasının sabiq vitse-prezidenti Sadıq Sadıqovun ölümü ilə bağlı yeni məlumatlar yayılıb.

60 yaşlı Sadıq Sadıqovun özünə qəsd etdiyi iddia olunur. Bildirilir ki, son dövrlər onun həm peşəkar fəaliyyətində yaşanan proseslər, həm də şəxsi nüfuzuna təsir edən hadisələr psixoloji durumuna mənfi təsir göstərib.

Məlumatlara əsasən, Sadıq Sadıqovun ölümündən əvvəl sosial şəbəkələrdə onun adı ətrafında geniş müzakirələr aparılırdı. Xüsusilə xaricdə yaşayan azərbaycanlı bloqerlərdən biri tərəfindən ona aid olduğu iddia edilən bir sıra səs yazıları və digər materiallar yayılıb.

Həmin səs yazılarında Sadıq Sadıqovun müxtəlif şəxslər barədə kompromat xarakterli məlumatların yayılması, bəzi adamların tənqid və təhqir olunmasının təşkil edilməsi ilə bağlı müraciətlər etdiyi, eləcə də müəyyən şəxslərin əlaqə vasitələrini təqdim etdiyi iddia olunur.

Yayılan materiallarda onun ölkədə tanınmış bir sıra şəxslər haqqında ifşaedici məlumatların dövriyyəyə buraxılmasında maraqlı olduğu da iddia edilir. Bu materiallar qısa müddətdə sosial şəbəkələrdə geniş rezonans doğurub və müxtəlif müzakirələrə səbəb olub.

Məlumatlarda bildirilir ki, həmin materialların yayılmasından sonra Sadıq Sadıqov ciddi psixoloji gərginlik keçirib. Hətta onun “Neftçi” İdman Klubundakı işinə də bir neçə gündür getmədiyi qeyd olunur.

Eyni zamanda, müxtəlif mənbələr Sadıq Sadıqovun son illərdə karyerasında yaşanan dəyişikliklərin, əvvəlki nüfuz və təsir imkanlarının zəifləməsinin də onun psixoloji durumuna təsirsiz ötüşmədiyini bildirirlər.

Müşahidəçilər hesab edirlər ki, son dövrlər ardıcıl şəkildə yayılan videolar, səs yazıları və onun ətrafında yaranmış ictimai rezonans Sadıq Sadıqovun onsuz da gərgin olduğu bildirilən psixoloji vəziyyətini daha da ağırlaşdırmış ola bilər.

Qeyd edək ki, Sadıq Sadıqov uzun illər Azərbaycan idmanının və futbolunun tanınmış simalarından biri olub. O, müxtəlif dövrlərdə “Neftçi” PFK-nın prezidenti, “Neftçi” İdman Klubunun rəhbərliyində təmsil olunub, həmçinin Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti vəzifəsində çalışıb. bakupost.az

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar