Xəbər lenti
İran ABŞ-ın gecə radar sistemlərinə hücumunu atəşkəsin açıq şəkildə pozulması adlandırıb
İran Xarici İşlər Nazirliyi ABŞ-ın ötən gecə Sirik bölgəsi və Qeşm adasına hücumunu pisləyib.Manevr.az-ın apa-ya istinadən məlumatına görə, Nazirliyin bəyanatında bu addımın 8 aprel tarixli atəşkəsin açıq şəkildə pozulması olduğu bildirilib.
Bəyanatda, həmçinin qeyd olunub ki, ABŞ-ın atəşkəsi təkrar pozması bu ölkənin nə gərginliyi azaltmaq, nə də sabitliyə qayıtmaq niyyətində olduğunu göstərir. Bildirilib ki, Vaşinqtonun macərapərəst addımları regionun təhlükəsizliyini ciddi risk altına qoyur və bu qanunsuz hərəkətlərin, eləcə də mümkün gərginləşmənin bütün nəticələrinə görə məsuliyyət ABŞ hökumətinin üzərində olacaq.
İran Xarici İşlər Nazirliyi "region ölkələrini mehriban qonşuluq prinsipinə riayət etməyə və təcavüzkar tərəflərin İran əleyhinə hücumlar üçün onların ərazisi və imkanlarından istifadə etməsinə yol verməməyə" çağırıb.
Nazirlik sonda BMT Baş katibi, Təhlükəsizlik Şurası və digər aidiyyəti beynəlxalq qurumlardan ABŞ-ın atəşkəsi pozması və qeyri-qanuni addımlarına dərhal və effektiv reaksiya vermələrini istəyib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































