Xəbər lenti
Bakıda bu avtobus 3 təkər üzərində hərəkət edib? - Video

Avtobus həm istismara yararsızdır, həm də gecikmə ilə işləyir.
Manevr.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, söhbət "Elmlər Akademiyası" metrostansiyasından Lökbatan qəsəbəsinə sərnişin daşıyan 206 nömrəli marşrut avtobusundan gedir.
Sərnişinlərin sözlərinə görə, avtobuslar istismar müddətin başa vursa da, hələ də işləyir. Onlar iddia edir ki, hətta bəzən avtobusda yaranan nasazlıq təhlükəli vəziyyət də yaradıb.
"O gün təkərin biri çıxıb, avtobus 3 təkər üzərində gedib", - sərnişinlərdən biri deyib.
İddialarla bağlı daşıyıcı şirkətdən bildirdilər ki, yeni tender keçirilib və başqa daşıyıcı şirkət tenderin qalibi olub. Yaxın zamanlarda daşımanı həmin şirkət həyata keçirəcək.
Yerüstü Nəqliyyat Agentliyindən də vurğulandı ki, nizamlı fəaliyyətin olmaması səbəbindən 206 nömrəli marşrut xətti bir müddət əvvəl müsabiqəyə çıxarılıb və qalib açıqlanıb. Yaxın zamanlarda marşrut xətti üzrə yeni avtobuslar fəaliyyətə başlayacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































