Sizin Reklam Burada
Xəbər lenti
27-08-2025
BÜTÜN XƏBƏRLƏR

İlham Əliyev Qələbə Paradında iştirak edəcək

Tarix: 28-08-2025 11:43     Baxış: 328 A- / A+
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Çinin paytaxtı Pekində keçiriləcək Qələbə Paradında iştirak edəcək.
Manevr.az musavat.com-a istinadla xəbər verir ki, Çin Mərkəzi Televiziyasının məlumatına görə, bu möhtəşəm tədbirdə ümumilikdə 26 xarici ölkə lideri iştirak edəcək.
Onların sırasında Ermənistanın Baş naziri Nikol Paşinyan, Rusiya Prezidenti Vladimir Putin, Şimali Koreya lideri Kim Çen İn, İran Prezidenti Məsud Pezeşkian, Pakistanın Baş naziri Şahbaz Şərif və digər dövlət başçıları yer alacaq.
Qələbə Paradı Pekinin Tyananmen meydanında təşkil ediləcək və Çin xalqının yapon işğalçılarına qarşı müqavimət müharibəsində, həmçinin İkinci Dünya müharibəsində qələbəsinin 80-ci ildönümünə həsr olunacaq. Tədbir çərçivəsində genişmiqyaslı hərbi yürüş, Çin ordusunun müasir texnikalarının nümayişi və rəsmi mərasimlər keçiriləcək.
Beləliklə, Pekində keçiriləcək bu yubiley paradı beynəlxalq siyasi baxımdan da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti İlham Əliyevin də yüksək səviyyədə iştirak etməsi ölkəmizin beynəlxalq arenada nüfuzunun və Çinlə əlaqələrinin önəmini bir daha təsdiqləyir.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar