Sizin Reklam Burada
Xəbər lenti
27-08-2025
26-08-2025
BÜTÜN XƏBƏRLƏR

Qalmaqallı kosmetoloqla bağlı ekspertiza rəyi açıqlandı

Tarix: 27-08-2025 15:52     Baxış: 321 A- / A+

 

Nərimanov Rayon Məhkəməsi bu il iyunun 25-də kosmetoloq Elnarə Ramiz qızı Rzayeva barəsində ekspertiza təyin edib.
Manevr.az teleqraf-a istinadla xəbər verir ki, ekspertiza "Nitq fəaliyyəti məhsullarının tədqiqi" ilə bağlı olub.
 
Ekspertiza Elnarə Rzayeva tərəfindən sosial şəbəkədə Rüfət Nigar Rüfət qızı barədə təhqiramiz ifadələrini araşdırıb.
 
Aparılan tədqiqat bu nəticəyə gəlib ki, Elnarə Rzayeva tərəfindən "dr.elnaraest" adlı profildə paylaşılmış yazılarda qarşı tərəfin əməllərində cinayət hallarının təsvirinə yönəlmiş məlumatlar, həmin şəxslərin insanlara qarşı Çin istehsalı olan zəhərli dərmanlar tətbiq etdikləri, süni gellər vuraraq şikəst etdikləri, haram (qanunsuz) pullar qazandıqları, E.Rzayevanı öldürmək istədikləri öz təsdiqini tapmadığı təqdirdə böhtan xarakterli məlumatlar kimi qiymətləndirilə bilər.
 
Həmin məlumatların həqiqiliyinin müəyyən edilməsi isə hüquqi araşdırmaya aiddir, ekspert-linqvistin səlahiyyətlərinə aid deyil.
 
Elnarə Rzayevaı tərəfindən "dr.elnaraest" adlı profildə paylaşılmış yazılarda təhqir xarakterli söz və ifadələr müəyyən edilib.
 
Qeyd edək ki, bir neçə ay öncə Bakı və Sumqayıtda “LBC” estetik kosmetoloji klinikaların idarəçiləri Rəna Rüfət qızı Soltanova və Nigar Rüfət qızı Rüfət kosmetoloq Elnarə Ramiz qızı Rzayevanı məhkəməyə vermişdilər.
 
İddiaçılar müxtəlif vaxtlarda məhkəməyə müraciət etmiş, apelyasiya şikayəti vermişdilər.
 
Bakı Apellyasiya Məhkəməsinin 10 iyul 2024-cü il tarixli qərarı ilə Elnarə Rzayeva Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə bəraət alıb, 147.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilib. Rəna Soltanova və Nigar Rüfətin iddiası üzrə daha bir məhkəmə bu il fevralın 14-də yekunlaşıb.
 
Hakim Ramin Quliyevin sədrliyi ilə keçirilən prosesdə yeni qətnamə çıxarılıb.
 
Elnarə Rzayevanın üzərinə iddiaçılar Rəna Soltanova və Nigar Rüfətin ünvanına işlədilmiş təhqiramiz söz və ifadələrə, barəsində yaydığı həqiqətə uyğun olmayan, yalan məlumatlara görə bu ifadələrin yayıldığı İnstaqram internet platformasında öz durumu (profili) vasitəsilə üzr istəməsi vəzifəsi qoyulub.
 
Həmçinin Elnarə Rzayevaya iddiaçılara qarşı eyni davranışların edilməsi qadağan olunub. Mənəvi zərərə görə 500 manat pul Elnarə Rzayevadan tutularaq iddiaçılara ödənilməsi barədə də qərar verilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar