Sizin Reklam Burada
Xəbər lenti
26-08-2025
25-08-2025
BÜTÜN XƏBƏRLƏR

Ana yeni doğduğu körpəni binadan atıb öldürdü, həbs olunmadı

Tarix: 26-08-2025 22:00     Baxış: 423 A- / A+
Ana yeni doğduğu körpəni binadan atıb öldürdü, həbs olunmadıUkraynanın Jitomir vilayətində özbaşına uşaq dünyaya gətirib öldürən qadın 1 il 6 ay sınaq müddətinə şərti cəzaya məhkum edilib.

Bu barədə Jitomir vilayətinin Narodıç rayon məhkəməsinin hökmündə qeyd olunur.

Məhkəmənin məlumatına görə, Jitomir vilayətinin sakini hamiləliyini gizlədib və həkimlərin qeydiyyatında olmayıb. 2025-ci ilin mart ayında qadın yaşadığı evdə 3 kiloqram 670 qram çəkisi, 54 santimetr boyu olan bir oğlan uşağı dünyaya gətirib. Körpə tamamilə sağlam olub. Lakin təqsirləndirilən şəxs yeni doğulmuş oğlunu evin pəncərəsindən həyətə atıb və nəticədə uşaq həyatını itirib.

Təqsirləndirilən şəxs günahını etiraf edib və peşman olduğunu bildirib. O, artıq 1 yaş 7 aylıq bir uşağı böyütdüyünü izah edib.

Qadın digər övladını böyütmək istədiyi üçün azadlıqdan məhrum edilməməsini xahiş edib.
Məhkəmə-psixiatrik ekspertiza müəyyən edib ki, cinayət törədilən anda qadın "yüngül əqli gerilik" vəziyyətində olub, lakin hərəkətlərinin mahiyyətini dərk edə bilib.

Məhkəmə qadını Ukrayna CM-nin 117-ci maddəsi üzrə təqsirli bilib və 1 il 6 ay sınaq müddətinə şərti cəzaya məhkum edib. lent.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar