Manevr.az xəbər verir ki, dərman müalicəsi ilə yanaşı, bəzi təbii üsullar da allergiyanın təsirlərini azaltmağa kömək edə bilər.
Təbii qorunma yolları:
Zəncəfil və bal: Orqanizmdə iltihabı azaldır, boğaz qaşınmasına qarşı rahatlaşdırıcı təsir göstərir.
Nanə çayı: Burun tutulmasını yüngülləşdirir, nəfəs yollarını açır.
Dəniz suyu spreyi və ya duzlu qarqara: Burun yollarını təmizləyir, toz və polenlərin təsirini azaldır.
C vitamini ilə zəngin meyvələr (nar, portağal, kivi): İmmuniteti möhkəmləndirərək allergiyanın təsirini zəiflədir.
Evdə havanı təmiz saxlamaq: Pəncərələri tozlu saatlarda açmamaq, rütubət tənzimləyicilərindən istifadə etmək faydalıdır.
Həkimlər xəbərdarlıq edirlər ki, allergiya simptomları uzun müddət davam edərsə və nəfəs darlığı müşahidə olunarsa, mütləq həkimə müraciət edilməlidir.