Sizin Reklam Burada
Xəbər lenti
19-08-2025
BÜTÜN XƏBƏRLƏR

Xalq artisti qızından polisə şikayət etdi - VİDEO

Tarix: 20-08-2025 13:03     Baxış: 424 A- / A+
Xalq artisti qızından polisə şikayət etdi (VİDEO)
Xalq artisti, rəqqasə Roza Cəlilova qızı Yeganə Aslanovanı polisə verib.


Manevr.az
"Olay”a istinadən xəbər verir ki, Səbail Rayonu 9-cu Polis Bölməsinə müraciət edən sənətkar qızının ondan zinət əşyalarını alıb qaytarmadığını iddia edib.

O bildirib ki, 4 ədəd brilyant qaşlı sırğa və başqa bahalı aksessuarlarını qızından ala bilmir.

96 yaşlı rəqqasə qızından polisə şikayət etdiyini bildirib: "Oğlum və qızım hər ikisi savadlı insanlardır. Onların bir-biriləri ilə yola getməməsi məni çox əzir. Bu, çox çətindir, amma dözürəm. Mən harasa gedəndə öz hədiyyələrimi övladlarıma tapşırmışam. Onlara əmanət verirəm, onsuz da əvvəl-axır onların olacaq. Bir də var ki, əmanət edirəm, sonra gəlib görürəm ki, yoxdur. Həmişə ana, nənə övladlarına gələcək üçün yadigar saxlayırlar. Bu hadisə olub, insanın acığına gəlir. Bu, bir evdir, hamısı sizindir, niyə yola getmirsiniz? Pis şeydir. Oğlum hər şeyə dözür. Qızımın xasiyyəti çətindir, sözə baxmır. Onun da xarakteri elədir. Yaxşı olar ki, ailə möhkəm olsun, bir-birini sevsin. Bilmirəm, zinət əşyalarım necə itib. Az şey deyil, 4 ayrı brilyantdır. İndi vəziyyət elə yaranıb ki, ona ehtiyacım var”.

R.Cəlilova qızı ilə bu yaxınlarda görüşdüyünü qeyd edib: "Qızıma polisə ərizə yazacağımı bildirdim, şikayət etdim. Fikirləşdim ki, bu bir az mədəniyyətsizlik kimi çıxır, geri çəkim. Şikayəti geri çəkdim, onda da dedi ki, qızıllar itib. İtibsə, canı sağ olsun, lakin çox müəmmalıdır. Məndə elə xasiyyət var ki, hər şeyə inanıram. Ona əlimlə əmanət etdim, dedim, saxla, övladların var. Qızıllarım qızım Yeganədə çox qaldı, ola bilər ki, kimsə götürüb. Bunları kim oğurlayıbsa, onu tapmalıyam. Çünki oğlumun ehtiyacı var. Balaca şey deyil, kim götürübsə, axtarıb tap. Ərizəni geri çəkdim ki, camaat eşitməsin, çünki uzaq deyil, qızımdı. Ya qaytarsın, ya da pulunu göndərsin. Adam özününkünə bunu etməz. Mənim qızım düz etmədi. Gərək gəlib deyərdi, ana, ikisini verirəm, üçü qalsın. Deyərdim, nəvələrimə qalar, danışmazdım”.





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar