2026-cı il 1 yanvar tarixinə xarici dövlət borcunun 4 milyard 874 milyon ABŞ dolları, daxili dövlət borcunun isə 20 milyard 121,3 milyon manat olmaqla ümumi dövlət borcunun 28 milyard 407,1 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.
Xarici dövlət borcunun 57,2 %-nin 5 ilə qədər, 35,4 %-nin 5-10 il ərzində, 7,4 %-nin isə10 ildən artıq müddətə kreditorlara ödənilməsi gözlənilir. Xarici dövlət borcu üzrə yeni cəlb olunacaq borc öhdəliklərinin təqribən müvafiq istinad dərəcəsi üstəgəl 0,5-1,5 faiz dərəcəsi (marja) ilə cəlb olunması nəzərdə tutulur.
Daxili dövlət borcunun 55,7 %-ni daxili maliyyə bazarlarında emissiya olunmuş dövlət istiqrazlarının təşkil etməsi proqnozlaşdırılır. İlin sonuna dövriyyədə olan dövlət istiqrazlarının 14,9 %-i 1 illik, 57 %-i 2-3 illik, 30 %-i isə 5 il və daha artıq istiqrazların payına düşməsi proqnozlaşdırılır.publika.az