Sizin Reklam Burada
Xəbər lenti
19-08-2025
18-08-2025
BÜTÜN XƏBƏRLƏR

"Göylərdə dalğalanan bizim bayrağımız bir!"

Tarix: 19-08-2025 13:53     Baxış: 2110 A- / A+
SALIHLI KÖNÜL DOSTLARI

Əminə Uysal

SİRLİ AYNA

Həzin- həzin çalan könül sazımın,
Telləri paslanıb gərmə, istəməm.
Alnıma yazılan qara yazımın,
Üstündə adın var görmə, istəməm.

Dərdimi anlatdım günəşə, aya,
Divardan asılan sirli aynaya ,
Bir daha gəlsək də fani dünyaya,
Könlümə yenidən girmə, istəməm.

Bir udum sevgiyə tonlarca çilə
Yüklədin çiynimə ah, bilə- bilə.
Qəbirdə boynuma ilanlar belə,
Sarsa bədənimi sarma, istəməm.

Gizli qoxladığım gülləri say da,
Gəz zəlzələdən dağılan qatda,
Dağıntı altından mənə bir pay da,
İstəməm, sevgilim, vermə, istəməm.



















Gülsüm Gülməz

BİZİM BAYRAĞIMIZ BİR

Ayrılıq atəşiylə ürəklər dağlansa da,
Gözlərdə qanlı yaşlar çeşmə olub axsa da,
Torpağı heç vermərik, qucarıq canımızla.
Göylərdə dalğalanan bizim bayrağımız bir!

Cəng meydanına and və duamızla giririk,
Şəhadət şərbətinin biz dadını bilirik,
Heç bir zaman Şəhidə - ölmüsünüz demirik,
Göylərdə dalğalanan bizim bayrağımız bir!

İgidlərin gözündən baxır şahin baxışlar,
Vətən, birlik naminə canlarından olarlar,
Enməsin bayrağımız, heç susmasın əzanlar,
Göylərdə dalğalanan bizim bayrağımız bir.

Türkün türklə birliyi sanmasınlar sarsılar,
Ankaradan Bakıya qardaşdı bütün yollar,
Azərbaycan Türkiyə - hər ikisinin qanı bir.
Göylərdə dalğalanan bizim bayrağımız bir!





















Kutluhan Aydın Aydoğdu

İYİRMİ BEŞ SAAT

Sənə qaçarkən dəlicəsinə,
Geridə buraxdım başqa zövqlərini dünyanın.
Gözlərində məsum könlünü gördüyüm qadın,
Səni səssiz və səbəbsiz sevdim.
Sənə bağlı ibadətdləri həsrətin bildim.
Başını köksümə söykədin,
Eşqinin şimşəkləri aydınlatdı dünyamı,
İşıq saçan ulduzlar kimi sayrışan sevgim
Axdı yavaş- yavaş içimə,
Milyonlarla fənər yandı könlümdə.
isqanır cənnət bağı da məni,
əllərinlə eşq toxumu əkdin,
çiçəkləndirdin çeşid- çeşid eşq bağçamı.
Gəlişinlə dünyamı rəngləndirdin,
Yeddi qatlı cənnətə çevirdin.

Zaman oyun oynayır ağlımla,
Səninlə şəlalə kimi çağlayır,
Yoxluğunda axmır, çəkilir,
Ağlım kəsmir, məntiq qəbul etmir,
Eşqin məni bir az müdrik, bir az dəli eylədi.

Elə bilmə səni öyə bilmirəm.
Lüğətdə yoxdur sənə layiq kəlmələr.
Sənə sevgim divanədir,
Hisslərim könlündə zəlzələ edə bilər.
Artıq heç nə bilmirəm.
Həsrətimin adı sənsən,
Cismimdə, əllərimdə, gözlərimdəsən,
Hər an, hər yerdə mənimlə ən dərindəsən
İyirmi dörd saatlıq günümün
iyirmi beş saatı sənsən.






















Ekrem Akıncı

DƏYMƏZ BU DÜNYA

Hər dağına mənim deyə yazsan da,
Bağlanıb qalmağa dəyməz bu dünya.
Hər daşını dırnağınla qazsan da,
Bağlanıb qalmağa dəyməz bu dünya.
Hissə- hissə bölüb dağıt istərsən,

Ömrünü uğrunda fəda eyləsən,
Dəyərsizdi, vallah, nə qədər sevsən,
Bağlanıb qalmağa dəyməz bu dünya.

İlandır birlikdə girsən torbaya,
Eşq ilə birlikdə gələr zorbaya,
Ağlını, fikrini boşuna yormağa,
Bağlanıb qalmağa dəyməz bu dünya.

Deyirlər dönür, bilmirəm dönərmi?
Yağı bitməyincə çıraq sönərmi?
Gerçəyi bir görən geri dönərmi?
Bağlanıb qalmağa dəyməz bu dünya.

Tutmuşam desən də, sürüşür əldən,
Ağıldan, beyindən, söyləyən dildən,
Nə qədər istəsən, istə könüldən
Bağlanıb qalmağa dəyməz bu dünya.

Bir dəlil istəsən, ağ saçındadır,
Xarablıq hər halda dərmanındadır,
Qul Əkrəm zəhərli sancmasındadır,
Bağlanıb qalmağa dəyməz bu dünya.





















Gülgün Solmaz

ÖVLAD NƏFƏSİMDİR

Övlad canımdır,
həyəcanımdır.
Öpməyə qıymadığım,
Qoxulamağa doymadığım,
Sarılıb bir nəfəsdə
İçimdən çıxarammadığım.
Övlad ciyərparamdır,
Gözümdən buraxmadığım,
Arxasından baxdığım,
Həsrətindən yandığım,
Yuxusuz gecələrimdə andığım.

Övlad ürəyimdir.
Bərabər ağladığım,
Bir şey olanda yandığım,
Yoxluğunda sayıqladığım,
Onunçün ağılar yaxdığım,
Canımdan can qoparanım.
Övlad eşqdir.
Eşqlərin ən böyüyü,
Sevdaların son düyünü,
Könül telinin bülbülü,
Ürəyin tək sünbülü.

Təqdim edən: Nazilə Gültac
Şair, yazıçı
AYB- nin üzvü
“Könül Yolçuluğu” layihəsinin rəhbəri


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar