Xəbər lenti
Biləsuvarda dava: 31 yaşlı kişi evinə qonaq gələn xalası oğlunu dəhrə ilə vurdu - TƏFƏRRÜAT

Hadisə şəhərin M.İbrahimov küçəsində yerləşən evlərdən birində baş verib. Şəhər sakini, 1996-cı il təvəllüdlü Rəşad Səmədov (ad və soyad şərtidir) həmin ünvanda yaşayan xalası oğlu, 1994-cü il təvəllüdlü Rəşid Ağayevin (ad və soyad şərtidir) evinə qonaq gedib. Onlar bir yerdə vaxt keçiriblər. Gecə saatlarında qohumlar zarafatlaşan vaxt qonaq gələn R.Səmədov zarafatdan inciyib və onların arasında mübahisə yaranıb. Mübahisə əlbəyaxa davaya çevrilib. Dava nəticəsində, R.Ağayev mətbəxdəki kəsici alət hesab edilən dəhrə ilə xalası oğlunu vurub. O, R.Səmədovun qoluna xəsarət yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib və hadisə yerinə Biləsuvar RPŞ əməkdaşları gəliblər.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Məhkəmə istintaqı dövründə tərəflər arasında barışıq əldə edildiyindən cinayət işinə xitam verilib. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar