Xəbər lenti
Deputat Mir Mövsüm Ağa Ziyarətgahında olub, ehsan verib

"Bu gün təmsil etdiyim Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən, minlərlə insanın ümidlə üz tutduğu və mənəvi rahatlıq tapdığı Mir Mövsüm Ağa Ziyarətgahına baş çəkdik"
Manevr.az xəbər verir ki bunu 14 saylı Xəzər-Pirallahı seçki dairəsindən deputat seçilən Günay Əfəndiyeva deyib.
"İlahi vergi kimi qəbul olunan qeyri-adi qabiliyyətlərə malik Seyid Mir Mövsüm Ağa insanların yaddaşında şəfa və mərhəmət rəmzi kimi yaşayır.
Bu gün onun uyuduğu – artıq müqəddəs ocağa çevrilmiş bu məkanda dualar oxuduq, ehsan payladıq.
Ziyarətgahlarımız inam yeri, ümid qapısı olmaqla yanaşı, eyni zamanda dini-mənəvi dəyərlərimizin, tarixi -mədəni irsimizin daşıyıcılarıdır.
Bu müqəddəs Cümə günündə Allah etdiyimiz duaları, verdiyimiz ehsan və nəzirləri qəbul etsin", Günay Əfəndiyeva qeyd edib.
Natəvan Qocayeva
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar