Sizin Reklam Burada
Xəbər lenti
09-08-2025
08-08-2025
BÜTÜN XƏBƏRLƏR

36 milyard Günəş kütləsinə malik ən böyük qara dəliklərdən biri kəşf edildi

Tarix: 09-08-2025 19:58     Baxış: 330 A- / A+
36 milyard Günəş kütləsinə malik ən böyük qara dəliklərdən birini kəşf edildi
Yer kürəsindən təxminən 5 milyard işıq ili uzaqlıqda möhtəşəm bir qara dəlik mövcuddur. Alimlərin sözlərinə görə, onun kütləsi 36 milyard Günəşin kütləsinə bərabərdir.
Manevr.az xəbər verir ki, bu barədə "Space.com” yazır.
"Bu, indiyədək kəşf edilmiş ən kütləvi 10 qara dəlikdən biridir və böyük ehtimalla ən kütləvisidir”, deyə araşdırmanın müəllifi, İngiltərənin Portsmut Universitetinin professoru Tomas Kollett bildirib.
Məlumata görə, bu qara dəlik "Kosmik nal” adlı sistemi təşkil edən iki qalaktikadan birində yerləşir və "yatmış” qara dəlik hesab olunur.
Bu o deməkdir ki, o, ətrafındakı maddəni aktiv şəkildə udmur, fərqli olaraq aktiv qara dəliklərdən, hansı ki, ətrafındakı maddəni özünə çəkərək akresiya diski vasitəsilə toplayır. Süd Yolu qalaktikasının mərkəzindəki Oxatan A* də "yatmış” qara dəlikdir, lakin müqayisə üçün qeyd edək ki, onun kütləsi cəmi 4,15 milyon Günəş kütləsinə bərabərdir.
Alimlərin sözlərinə görə, "Kosmik nal” qara dəliyinin bu qədər böyük qalaktikada yerləşməsi, Oxatan A*-nın isə nisbətən kiçik Süd Yolunda olması təsadüfi deyil.
"Biz hesab edirik ki, bu ölçülər birbaşa əlaqəlidir. Qalaktikalar böyüdükcə, mərkəzi qara dəliyə maddə yönləndirə bilirlər. Bu maddənin bir hissəsi qara dəliyi böyüdür, lakin böyük hissəsi qalaktika daxilinə nəhəng enerji axını göndərən kvazar kimi parlaq mənbəyə çevrilir. Kvazarlar qalaktikalarda qaz buludlarının sıxlaşaraq yeni ulduzlara çevrilməsinin qarşısını alır”, deyə Kollett vurğulayıb.
Tədqiqatçılar əvvəllər də "Kosmik nal” sistemində nəhəng qara dəliyin gizləndiyini ehtimal etsələr də, bu obyektin mövcudluğu və ölçüləri barədə dəqiq sübut yox idi.
"Biz qara dəliyin təsirini iki yolla aşkarladıq – o, yanından keçən işığın trayektoriyasını dəyişdirir və yerləşdiyi qalaktikanın daxili bölgələrindəki ulduzları olduqca yüksək sürətlə (təxminən 400 km/saat) hərəkət etməyə məcbur edir. Bu iki ölçməni birləşdirərək, onun mövcudluğuna tam əmin ola bildik”, deyə araşdırma müəllifi bildirib.
Braziliyadakı Rio-Qrande-du-Sul Federal Universitetinin aspirantı və araşdırmanın əsas müəllifi Karlos Melo isə qeyd edib:
"Onun aşkarlanması yalnız nəhəng qravitasiya qüvvəsi və ətrafına göstərdiyi təsir əsasında mümkün oldu. Xüsusilə maraqlı cəhət isə bu metodun bizə tamamilə passiv olduqları halda belə, bütün Kainatda gizlənmiş nəhəng qara dəlikləri aşkar etməyə və onların kütləsini ölçməyə imkan verməsidir”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar