Sizin Reklam Burada
Xəbər lenti
09-08-2025
08-08-2025
BÜTÜN XƏBƏRLƏR

Oğurladığı itlə gəzməyə getdi: 25 günlük həbs edildi

Tarix: 09-08-2025 17:22     Baxış: 327 A- / A+
Oğurladığı itlə gəzməyə getdi: 25 günlük həbs edildi
Oğurladığı iti Bakı Beynəlxalq Avtovağzal Kompleksində gəzintiyə aparan şəxs həbs edilib.
Manevr.az xəbər verir ki, saxlanılan 1988-ci il təvəllüdlü F.Q. barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.
Məhkəmədə məlum olub ki, 2025-ci il avqustun 6-da zərərçəkmiş C.H. iti gəzdirmək üçün əraziyə çıxarıb və naməlum şəraitdə heyvan oğurlanıb. Təqsirləndirilən şəxs isə bildirib ki, gecə saatlarında özünə məxsus olan iti gəzdirən zaman Baş Dövlət Yol Polis İdarəsinin Ekoloji nəzarət postunun yanından keçərkən bir itin dəmir dirəyə bağlandığını görüb. Bazar dəyəri 450 manat olan "Malinka" cinsli iti götürərək yaşadığı evə aparıb.
Həmin günün səhəri itlə birlikdə avtovağzalın ərazisində yerləşən gül mağazasında olan zaman zərərçəkən ona yaxınlaşaraq, heyvanın ona məxsus olduğunu bildirib. F.Q. könüllü şəkildə iti sahibinə vermədiyi üçün hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları çağırılıblar və təqsirləndirilən şəxs saxlanılıb.
Məhkəmənin hökmü ilə F.Q. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və 25 günlük həbs edilib.qaynarinfo



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar