Xəbər lenti
Bakıdan Naxçıvana avtobusla kimlər gedə biləcək? - RƏSMİ

Manevr.az-ın xəbərinə görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı-Naxçıvan-Bakı avtobus reyslərindən bütün Azərbaycan vətəndaşları yararlana bilərlər. Bununla yanaşı, reyslər sərnişin tələbatına uyğun olaraq tənzimlənir.
Qurumdan bildirilib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksində Naxçıvana gün ərzində saat 9:00, 19:00, 20:00 və 21:00 olmaqla 4 reys həyata keçiriləcək. Sərnişin tələbatı yarandığı təqdirdə reyslərin sayı 6-ya çatdırılacaq. Şərurdan isə Bakıya reyslər saat 07:00, 14:30, 15:30, 16:30-da həyata keçiriləcək.
Əlavə olaraq qeyd olunub ki, sərnişinlər biletləri onlayn qaydada “biletim.az” portalından və avtovağzalların kassalarından əldə edə bilərlər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar