Sizin Reklam Burada
Xəbər lenti
17-07-2025
BÜTÜN XƏBƏRLƏR

20 il əvvəl dəmir yolunda parçalanmış meyiti tapılan Gönül qətlə yetirilibmiş

Tarix: 18-07-2025 10:53     Baxış: 419 A- / A+

İstanbulun Pendik rayonunda 20 il əvvəl qatar relslərində parçalanmış halda meyiti tapılan 26 yaşlı Gönül Çelenin cinayətə qurban getdiyi müəyyən edilib.
Yerli mətbuat xəbər verir ki, məlumat əsasında başlanan istintaq nəticəsində polis 4-ü qadın olmaqla 7 nəfəri saxlayıb.
2005-ci il aprelin 25-də Pendikdəki Tersane qatar stansiyasının relslərində bir qadın meyiti tapılmışdı. Meyitin üzərindən keçən qatar nəticəsində bədənin parçalandığı müəyyən edilmişdi.
Hadisə qeydlərə intihar kimi keçmişdi
Araşdırmalar nəticəsində meyitin 26 yaşında 2 uşaq anası olan Gönül Çelənə aid olduğu müəyyən olunmuşdu. Hadisə o dövrdə polis qeydlərinə intihar kimi daxil edilmişdi.
İllər sonra bir məlumat polisin hərəkətə keçməsinə səbəb oldu
Hadisədən 20 il sonra bir şəxsin verdiyi məlumatla cinayət işi yenidən açılıb. Məlumatı verən şəxs gənc qadının qətlə yetirildiyini bildirib. İstanbul Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi tərəfindən aparılan istintaq zamanı hadisə ilə əlaqəli olduğu ehtimal edilən 4-ü qadın olmaqla 7 nəfər Muğla, Edirne, Sakarya, Trabzon və İstanbulda keçirilən əməliyyatlarla saxlanılıb.
Məhkəmə-Tibbi Ekspertiza: "O qədər sərxoş halda yeriyə bilməzdi"
İstintaq çərçivəsində Gönül Çelenin meyiti üzərində Məhkəmə-Tibbi Ekspertiza tərəfindən aparılan analiz nəticəsində onun qanında 304 promil spirt olduğu aşkarlanıb. Mütəxəssislər belə yüksək miqdarda spirt qəbul edən şəxsin yeriyə bilməyəcəyini və öz başına relslərə gedib çıxmasının mümkün olmadığını bildiriblər.
Telefonuna başqa SIM kart taxılıb, zəng edilib
Həmçinin məlum olub ki, Gönül Çelənin guya intihar etdiyi saatdan bir neçə dəqiqə sonra onun mobil telefonuna başqa bir SIM kart taxılıb və bu nömrədən zəng edilib. İstintaq zamanı saxlanılan şəxslər arasında Gönülün son dəfə görüldüyü dostları, keçmiş işəgötürəni, həmin SIM kartın sahibi və kartdan ilk zəng olunan şəxs də yer alır.
İki silah aşkar edilib
Keçirilən əməliyyat zamanı basqın edilən evlərdən birində iki ədəd lisenziyasız, quru sıxıdan düzəldilmiş tapança və çox sayda güllə aşkar olunub. Şübhəlilər polis idarəsindəki dindirmələrdən sonra məhkəməyə göndəriliblər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar