Sizin Reklam Burada
Xəbər lenti
23-01-2025
22-01-2025
BÜTÜN XƏBƏRLƏR

Uşaq birliyi təşkilatlarının fəaliyyəti yoxlanılmalıdır - Ekspert

Tarix: 23-01-2025 21:10     Baxış: 447 A- / A+

"Bu gün bütün ümumtəhsil məktəblərində Uşaq birliyi təşkilatları fəaliyyət göstərir. Real mənzərəyə obyektiv baxış keçirmək, uşaq birliyi rəhbərlərinin konkret nə işlə məşğul olduğunu öyrənmək üçün bu sahə üzrə monitorinqlər keçirilməli və onların fəaliyyəti ilə bağlı müvafiq qərarlar qəbul edilməlidir”.
Manevr.az bildirir ki, bunu “Azərbaycan müəllimi”nə təhsil eksperti Nadir İsrafilov deyib.
O bildirib ki, ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan şəxslər kimi Uşaq birliyi təşkilatlarının rəhbərləri də ümumi təhsil prosesinin bərabərhüquqlu iştirakçılarıdır: 
“Məktəblərdə Uşaq birliyi təşkilatının funksiyası, onun rəhbərinin vəzifələri “Təhsil haqqında” və “Uşaq hüquqları haqqında” qanunlar, o cümlədən "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi", uşaq təşkilat və birliklərinin əsasnamələri və digər normativ hüquqi aktlarla müəyyən olunur. “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”na əsasən, Uşaq birliyi təşkilatının əmək funsksiyasına uşaq təşkilat və birliklərinin əsasnamələrində öz əksini tapan məqsəd və vəzifələrə uyğun  fəaliyyət həyata keçirmək, uşaq və yeniyetmələrin özfəaliyyəti üçün təşəbbüslər göstərmək və s. daxildir. Eyni zamanda, fəaliyyətini pedaqoji və humanist prinsiplərdən çıxış edərək qurmalı, təşəbbüslərə yaradıcı yanaşmalı, uşaqların qabiliyyət və bacarığını aşkara çıxarmaq üçün onlara imkan yaratmalıdır. Özünütərbiyənin pedaqogika və psixologiyasını, uşaq və yeniyetmələrin fərdi və yaş xüsusiyyətlərini, psixologiyasını, uşaq təşkilatlarının iş xüsusiyyətlərini bilmək bu təşkilatların rəhbərlərinin qarşısında duran əsas tələblərdir”. 
Onun sözlərinə görə, təşkilat rəhbərləri uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli və maraqlı keçməsini təmin etməlidir:
“Belə ki, ona etibar olunan uşaqların sağlamlığının və təhlükəsizliyinin qayğısına qalır. Uşaq və yeniyetmələrlə fəaliyyətində qabaqcıl iş təcrübəsindən geniş istifadə etməli, təşkilatın maddi-texniki bazasını qoruyaraq inkişaf etdirməlidir. Bundan əlavə, dövlət müəssisələri, ictimai təşkilatlar və çalışdığı pedaqoji kollektiv ilə sıx əməkdaşlıq etməlidir. Lakin baxaq görək, bu gün məktəblərimizdə fəaliyyət göstərən uşaq birliyi təşkilatları müvafiq təlimat və qaydalarla onlara həvalə olunan vəzifələri lazımınca yerinə yetirə bilirlər? Eyni zamanda, uşaqların qabiliyyət və bacarqlarını aşkara çıxarmaq üçün onlara lazımi şərait yaradılırmı? 
Bir sıra məktəblərdə uşaq birliyi təşkilatları, əsasən, formal xarakter daşıyır, elə məktəblər var ki, uşaq birliyi təşkilatının rəhbərinə sadəcə direktorun təlim-tədrislə əlaqəsi olmayan tapşırıqlarını yerinə yetirmək vəzifəsi həvalə olunub. Yəni bu təşkilat diqqətdən kənarda qalaraq kölgə atributuna çevrilib. Konkret olaraq onu deyə bilərəm ki, nə indiki “uşaq birliyi” əvvəlki “pioner təşkilatı”nın yerində deyil, nə də ki, bugünkü “Uşaq birliyinin rəhbəri” dünənki “Pioner baş dəstə rəhbəri”ni əvəz edir. Bir sözlə, bu gün uşaq birliyi təşkilatları əvvəlki dövrlə müqayisədə nəzərəçarpacaq dərəcədə diqqətdən kənarda qalıb”.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar