Sizin Reklam Burada
Xəbər lenti
18-12-2024
17-12-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda milyonlarla pulu Çinə göndərən ər-arvad kimdir?

Tarix: 18-12-2024 20:44     Baxış: 420 A- / A+


Bakıda Azərbaycanın 53 vətəndaşına qarşı dələduzluqda ittiham olunan "İnstapower" şirkətinin Azərbaycan üzrə nümayəndəsi Orxan Babazadənin cinayət işi üzrə proses keçirilib.
Manevr.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə bəzi şəxslərin dindirilməsi istənilib. Bildirilib ki, bir qrup şəxsin adından pullar başqa hesaba köçürülüb.
Ən popluyar məhsulların kolleskiyalarını sənin üçün yaratdıq
Təqsirləndirilənin vəkili qeyd edib ki, həmin şəxslər dindirilməlidir.
Dövlət ittihamçısı Fariz Rzayev isə deyib ki, müraciətdə qeyd olunan şəxslərin faktiki araşdırılan cinayət işinə heç bir adiyyəti yoxdur. O, həmin şəxslərlə bağlı işin araşdırılması üçün istintaq orqanına göndərilməsini istəyib.
Yerində müşavirə keçirən hakimlər qərar qəbul ediblər. Vəsatət təmin olunub və vəkilin qeyd etdiyi şahidlərin dindirilməsi barədə qərar verilib.
Hakim bildirib ki, Leyla Babazadə hər iclasda iştirak etməlidir, çünki onunla bağlı araşdırma aparılır. Təqsirləndirilən şəxs isə deyib ki, bu işdə Leyla Babazadənin heç günahı yoxdur: "Bu işdə mənim günahım var, mən də cəzamı çəkirəm".
Təqsirlənirilənlə razılaşmayan hakimin sözlərinə görə, Leyla Babazadənin adı konkret işlərdə keçir, hərə öz işinə cavabdeh olmalıdır.
Hakim deyib ki, təqsirləndirilən şəxsin həyat yoldaşı Leyla Babazadə tərəfindən müxtəlif şəxslərin adlarına böyük məbləğlərdə pul köçürüb. Leyla Babazadə 32 sim-kartdan istifadə edib, milyonlarla vəsait dövriyyə olunub, sonda Çinin Honkonq şəhərinə gedib və vəsait leqallaşırılıb.
Cinayət işində olan sənədlər görə, polis əməkdaşları tərəfindən bank kartı götürülüb, həmin kartda 50 min pul olub. Hakim bununla bağlı soruşduqda təqsirləndirilən şəxs bu məqamı yadına sala bilməyib.
Hakim xatırladıb ki, Leyla və Orxan Babazadələrin Mariya və digər şəxslə yazışmaları olub. Təqsirləndirilən şəxs bildirib ki, müştərilərlə çətinliklər olduğu halda həmin şəxslərlə yazışmalı olublar.
Hakim deyib ki, təqsirləndirilən şəxs hesablardan çox sayda pullar çıxarıb: "Mən bunları bir-bir açıqlayacam. Yazırsan ki, 50 min manata mebel almısan. Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm. Sən hardan əldə edibsə bu qədər pulu?"
Təqsirləndirilən Orxan Babazadə cavab verib ki, 45-50 min manata mebeli ofis üçün alıb.
Növbəti proses dekabrın 25-də davam edəcək
İstintaq sənədlərdən məlum olur ki, zərərçəkmişlər "İnstapower"ə müəyyən pullar yatırsalar da, heç bir məbləğ geri qayıtmayıb.
Qeyd edək ki, cinayət işi üzrə 53 zərərçəkmiş var və ümumi dəymiş ziyan 256 min manatdan artıqdır.
Bundan başqa, həmin şəxslərin adından 4 milyon manat pul dövr edilib. Milyonlarla vəsait Çində olan şirkətin hesabına köçürülüb və vəsait leqallaşırılıb.
Orxan Babazadəyə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.(teleqraf.com)


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar