Xəbər lenti
İnstaqramda tanış olduğu 13 yaşlı qızı aldadıb 80 min aldı - Özünə biznes qurdu
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cəlilabad rayon Göytəpə şəhər sakini 2003-cü il təvəllüdlü E.Məmmədova 6 il həbs cəzası verilib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-Külli miqdarda zərər vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinib.
Araşdırmalar zamanı məlum olub ki, E.Məmmədov instaqram sosial şəbəkəsində orta məktəbin 7-ci sinif şagirdi olan Aytacla (ad şərtidir) tanış olub. Onlar arasında səmimi münasibət yaranıb və E.Məmmədov yeniyetmə qıza biznes qurmaq istədiyini bildirib.
Bundan sonra Aytac yaşadığı evdəki seyfdən gizli şəkildə 2500 manat, 3 min dollar və 80 min manata yaxın dəyəri olan qızıl-zinət əşyalarını götürərək yaşadığı Xətai rayonu Süleyman Vəzirov küçəsindəki binanın dəhlizində E.Məmmədova verib.
Hadisənin üstü açılandan sonra Aytac E.Məmmədovun ona hədə-qorxu gələrək pul və qızılları aldığını bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə iş başlanılıb. Lakin məhkəmə istintaqı zamanı hədə-qorxu iddiası təsdiqini tapmayıb və gənc oğlanın məktəbli qızı aldadaraq külli miqdarda qızıl və pul alması müəyyən edilib. Bu səbəbdən məhkəmə ona dələduzluq cinayəti üzrə cəza təyin edib.
Qeyd edək ki, E.Məmmədov əldə etdiyi pul və qızıl-zinət əşyaları vasitəsilə özünə 8-ci kilometr bazarında ayaqqabı mağazası açıbmış. qafqazinfo
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Media
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar