Sizin Reklam Burada
Xəbər lenti
11-12-2024
10-12-2024
BÜTÜN XƏBƏRLƏR

Sumqayıtlı oxucularla yadda qalan görüş - FOTOLAR

Tarix: 10-12-2024 17:08     Baxış: 3202 A- / A+
Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi və Əli Kərim adına Sumqayıt Şəhər Poeziya Evinin təşkilatçılığı ilə şair-publisist, Əməkdar jurnalist Əbülfət Mədətoğlu ilə sumqayıtlı oxucuların görüşü baş tutdu.

Poeziya Evində keçirilən görüşdə Vətənin bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Sumqayıt Şəhər Poeziya Evinin direktoru İbrahim İlyaslı imzası oxuculara cox tanış olan şair-publisist, Əməkdar jurnalist Əbülfət Mədətoğlunun həyat və yaradıcılığı haqqında geniş məlumat verdi. İndiyədək “Qızıl Qələm”, “Şahmar Əkbərzadə”, “Məmməd Araz”, “Qızıl Kəlmə”, “Media Açarı” kimi bir çox mükafatlara layiq görülən söz sahibinin yazdığı şeirlərə tanınmış bəstəkarların mahnılar bəstələdiyini və bu mahnıların xalq artisti Yalçın Rzazadə, Səyyad Əlizadə, Zəka Vilayətoğlu və başqaları tərəfindən sevilə-sevilə ifa edildiyini diqqətə çatdırdı.

Görüşdə çıxış edən tənqidçi-alimlər Rüstəm Kamal, Ramiz Göyüşov, Rafiq Yusifoğlu, şair, yazıçı və mədəniyyət işçilərindən Gülnarə Cəmaləddin, Fərhad Məhərrəmov, Süleyman Abdulla, Aidə Adıgözəl, Nazir Rüstəmov, Emin Piri, Lilpar Cəmşidqızı, Elvin Əlizadə və başqaları maraqlı və məzmunlu çıxışlarında Əbülfət Mədətoğlu haqqında danışaraq fikirlərini bildirdilər. Onun müxtəlif illərdə qələmə aldığı şeirlərinin ədəbi-bədii nümunələr olduğunu vurğuladılar.

Çıxışlar zamanı qeyd edildi ki, şairin sevgi çələnginə bələnmiş poeziya örnəkləri Vətən, torpaq, ana, qadın, qəhrəmanlıq mövzusunda və sadə dildə yazıldığından maraqla oxunur. Çıxış edən ədəbiyyatsevərlər bildirdilər ki, geniş oxucu auditoriyasını bir araya toplaya bilən həm də qələm sahibinin yüksək insani keyfiyyətləridir.

Müxtəlif səpkili görüşlərin doğma məkanına çevrilən şəhərin Poeziya Evində elm adamları, ədəbi mühitin tanınmış simaları, oxucular ədəbiyyatla baş-başa qalaraq 65 illik yubileyi bu il qeyd edilən və mənalı ömür yaşayan dəyərli ziyalı Əbülfət Mədətoğlunun son dövrdə çıxan kitabları ilə yaxından tanış olub şeirlərini dinlədilər.

Sonda “Səməni nəğməsi”, “Nişanə”, “Nilufər çiçəyi”, “Dərdini danışan adam”, “Ürəyimdəki sənsən”, “Cəzayam sevdiyim qıza”, “Allah məni unutma”, “Bir qadın unutdu məni” və başqa kitabları ilə sevilən şair-publisist, Əməkdar jurnalist Əbülfət Mədətoğlu çıxış edərək vaxt ayırıb onunla görüşə gələn oxucularına, çıxış edənlərə və tədbir təşkilatçılarına, həmçinin ünvanına təbrik və xoş sözlər ünvanlayanlara dərin minnətdarlığını bildirdi.

Sumqayıtlı oxucularla yadda qalan görüşdə şairin son dövrdə çapdan çıxan kitablarının 75 yaşını bu günlərdə qeyd edən Sumqayıt şəhərindəki kitabxanalara hədiyyə olunacağı qeyd edildi.

Rəna TƏBƏSSÜM
AJB, AYB-nin üzvü
Mahmud Kaşğari mükafatçısı






                                    

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar