Xəbər lenti
"Mehriban ölkənin saf insanları" - Cahangir Namazov yazır
Cahangir NAMAZOV,
"Butov Azərbaycan" qəzetinin Özbəkistan təmsilçisi.
Mən hələ Azərbaycana ayaq basmamışam, amma hər gün xəyalımda o müqəddəs diyara səfər edirəm. Təsəvvürümdə, ürəyimdə sevgi və məhəbbətlə dolu olan o əziz yurda gedib qayıdıram.
Azərbaycanın gözəl və qədim şəhərləri, ucalığı göylərə çatan vüqarlı dağları, canlılıq və ilham tənəffüsü yayan dənizləri ürəyimi əsir edib. Oranın heyranedici mənzərələri mənim üçün təkcə təbiətin bəxş etdiyi bir nemət deyil, həm də böyük tarix və mədəniyyətin canlı ifadəsi kimi görünür. Bu yurdun sevgi dolu ürək sahibi olan insanları isə ayrıca bir mövzudur. Mehribanlığı, səmimiyyəti və sadəliyi ilə onlar həmişə yanımda olan kimi hiss edirəm. Onlarla məsafələr belə, aramızda maneə ola bilmir. Mənə hər zaman elə gəlir ki, bu əziz və müqəddəs torpağın hər küləyi bir sevgi hekayəsi söyləyir, hər ağacı məhəbbət mahnısı oxuyur.
Azərbaycan mənim qəlbimdə sanki canlı bir aləmə çevrilib, arzularımın ayrılmaz bir hissəsinə çevrilib. Bu yurd mənim ilham mənbəyimdir, dayanmadan meyvə verən bağlar kimi, ürəyimin ən dərin qatlarını üzə çıxarır. Onun zərifliyi və insani dəyərləri həmişə məni məhəbbət və ehtiramla özünə çəkir. Oranın mehriban, səmimi, sadə və qonaqpərvər insanları məni həmişə qonaq çağırır. Onların qəlbində yalnız xeyirxahlıq yaşayır, onları sevməmək, hörmət etməmək mümkün deyil. Facebook vasitəsilə 7-8 il ərzində bir çox Azərbaycan şairləri, yazıçıları və yaradıcıları ilə tanış olmuşam və onlarla dostlaşmışam. Onların səmimiyyəti və incəliyi sözlə ifadə olunmaz. Azərbaycan sənəti və ədəbiyyatına əvvəldən böyük marağım var idi. Bu gün isə onların qəlbimdə tutduğu yer daha da yüksəlib. Hər yeni tanışlıq məni o yurda daha da yaxınlaşdırdı, sevgi və hörmətimi ikiqat artırdı. Azərbaycanlı dostlarımla aramızda məsafələr uzaq olsa da, ürəklərimizin yaxınlığını hiss edirəm. Belə böyük tarix və mədəniyyətə malik xalqın insanları ilə dostluğumla fəxr edirəm. Bu gün Azərbaycan və Özbəkistan arasındakı dostluq əlaqələri möhkəmlənib və yeni üfüqlər açılır. Əlli-dən çox şeir və digər yaradıcılıq nümunələrim Azərbaycanın nüfuzlu qəzet və jurnallarında dərc olunub. Kiçik uğurlarımı belə diqqətdən kənarda qoymayan azərbaycanlı ustadlarım yaradıcılığım haqqında məqalələr yazaraq, mənə diqqət və ehtiram göstərdilər, bu isə mənim özümə olan inamımı artıraraq, Azərbaycan xalqına olan sevgimi daha da gücləndirdi.
Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, filologiya elmləri doktoru, Özbəkistan Respublikasının "Dostluq" ordeni sahibi Almaz Ulvi xanımdan şeirlərimə ön söz yazmağı xahiş etmişdim. O, böyük məhəbbət və etibarla yazdığı ön söz təkcə məni sevindirmədi, həm də yaradıcılığımı yeni mərhələyə qaldırdı. Həmin ön söz Azərbaycanın "Bütöv Azərbaycan" qəzetində bir sıra şeirlərimlə birlikdə dərc edildikdə, sevinclə dolub-daşdım. Təranə Turan Rəhimli, Abdulla Saymaz, Tural Turan və İntiqam Yaşar kimi tanınmış yaradıcıların mənim şeirlərim haqqında yazdıqları məqalələr qəlbimi sevinc və ilhamla doldurdu. Xüsusilə, yaradıcılığımı Azərbaycan dilinə tərcümə edərək onu geniş ictimaiyyətə çatdıran Şahməhəmməd Dağlaroğlunun əməyini ayrıca qeyd etmək lazımdır. Hər bir yardım, hər bir dəstək – mənim üçün xüsusi bir ilham mənbəyidir.
Bu gün Azərbaycanın "Bütöv Azərbaycan" qəzeti və "Yazarlar" jurnalında Özbəkistan üzrə müxbir olaraq fəaliyyət göstərməyim bu etibarın bir ifadəsidir. İnşallah, məhəbbət diyarının saf insanlarına olan sevgim bir gün məni Azərbaycana aparacaq. O əziz yurdun müqəddəs torpağını gözlərimə sürtüb, mehriban insanlarını bağrıma basacam. Azərbaycan, sən məni gözlə! Bir gün qəlbimdəki sevgini və sədaqəti özünə gətirəcəm. Məni görəndə öz övladın kimi qəbul et. Mən sənə təkcə şeirlərimi və qəlbimin sözlərini deyil, özümlə birlikdə sevgi və sədaqətimi də təqdim edəcəm. Hər zaman bağrın sakit, xoşbəxtliyin uca, həyatın bahar kimi bərəkətli olsun! Sənin torpağında yalnız sülh, dostluq və firavanlıq hökm sürsün! Bütün sevgim və sədaqətimlə sənə gəlirəm, Azərbaycan. Sənə həsr etdiyim hər bir misra, hər bir nəfəs sənin böyük mədəniyyətinə və qızıl tarixinə qatılsın. Mənim qəlbimdəki ən yaxın aləm, sevimli vətənim, sən həmişə məni bağrına basırsan.
Azərbaycan
Azərbaycan – qardaş xalqım,
Can bir xalqım, qandaş xalqım.
Kamalından qəlbim coşar,
Ruhdaş xalqım, qandaş xalqım.
Göylərində sönməz günəş,
Sənə gülüb, baxar hər an.
Sığınmaqda sənə könlüm,
Mən Bakıya verərəm can.
Vətənimtək müqəddəssən,
Mənə əziz hər bir çağın.
Dalğalansın yüksəklikdə,
Uca olsun qoy bayrağın.
Şəhid oldu oğulların,
Mənimkidir ürək dağı.
Qalmasın heç bir üzüntün,
Abad görək Qarabağı!

Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Media
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar