Sizin Reklam Burada
Xəbər lenti
12-12-2024
11-12-2024
BÜTÜN XƏBƏRLƏR

Vətəndaşların ad və soyadını qanunsuz dəyişdirən rəisə hökm oxundu

Tarix: 12-12-2024 13:10     Baxış: 422 A- / A+

Ədliyyə Nazirliyinin rüşvət almaqda ittiham edilən sabiq şöbə rəisi Elşən Quliyevə hökm oxunub.
Manevr.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə nazirliyin Ədliyyə Sahəsində Xidmətlər Baş İdarəsinin Yevlax rayon Qeydiyyat şöbəsinin sabiq rəisi E.Quliyevə 9 il həbs cəzası verilib.
O, Cinayət Məcəlləsinin 311 və 312-1-ci (rüşvət alma və nüfuz alveri) maddələri üzrə təqsirli bilinib.
Qeyd edilib ki, E.Quliyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi əməliyyatla saxlanılıb.
Elşən Quliyevin qeyd edilən vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar ayrı-ayrı şəxslərdən ad və soyadı dəyişdirilməklə doğum haqqında yeni şəhadətnamənin verilməsi müqabilində ümumilikdə 4 min manat pul vəsaitini rüşvət qismində alması, habelə həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək barəsində ibtidai istintaq aparılan təqsirləndirilən şəxsin digər dövlət qurumları tərəfindən ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsi müqabilində 8 min manat pul almaqla vəzifəli şəxsin qərarına qanunsuz təsir etməsi müəyyən edilib.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar