Sizin Reklam Burada
Xəbər lenti
11-12-2024
10-12-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya gizli planı açıqladı - “Bölgə od tutub yanacaq, Zəngəzur...”

Tarix: 11-12-2024 09:51     Baxış: 436 A- / A+

Ermənistan hakimiyyətinin atdığı addımlar Zəngəzur dəhlizi məsələsini ağırlaşdırır.
Manevr.az xəbər verir ki, bu barədə Rusiyanın İarex.ru portalı yazır.
Sayt bildirir ki, Ermənistanın KTMT-dəki fəaliyyətini dondurması, Beynəlxalq Cinayətlər Məhkəməsinə üzv olması və qərbpərəst Baş nazir Nikol Paşinyanın Rusiyaya qarşı sərt bəyanatları İrəvan-Moskva əlaqələrini gərginləşdirib:
"Ermənistan Moskva ilə Qərb arasında mövqe tutmağa çalışır, hesab edir ki, öz maraqlarına uyğun olaraq, tərəflərin "oyun kartları" ilə oynaya biləcək. Ukrayna da təxminən 11 il əvvəl belə edirdi. Ermənistanla hərbi-texniki və digər əməkdaşlığı inkişaf etdirən Qərb onu Rusiya ilə qarşıdurma ssenarisinə aparır".
Portal qeyd edir ki, Ermənistan Yaxın Şərqdən yaxınlaşan "sunami şoku" kontekstində də təhlükəli geosiyasi vəziyyətlə üzləşib:
"Bir çox erməni ekspert xəbərdarlıq edir ki, Yaxın Şərqdəki böhran sürətlə Ermənistanı cənginə ala bilər. Suriyada baş verənlər Ermənistan üçün həyəcan siqnalı olmalıdır. Türkiyə oradakı fəaliyyətini uğurla başa vursa, Zəngəzur dəhlizi problemi daha da ağırlaşacaq".
Rusiya saytı iddia edir ki, Qərbdən Ermənistana "Xarici Hərbi Maliyyələşdirmə" (FMF) proqramı çərçivəsində maliyyə resurslarının verilməsi, qabaqcıl hərbi texnika və ən son texnologiyalara çıxışın asanlaşdırılması, ABŞ-la strateji əməkdaşlığın səviyyəsinin artırılması həm də Azərbaycanla müharibəyə hazırlıq çərçivəsində baş verir:
"Belə bir vəziyyətdə Qərb Gürcüstanda öz "oyun kartı"nı oynaya bilsə, Ermənistan Rusiya, Türkiyə, Azərbaycan və İranın geosiyasi dəyirmanına düşə bilər. O zaman bütün Cənubi Qafqaz od tutub yanacaq. Qərb Ermənistanda böyük oyun oynayır. Artıq bununla bağlı Rusiya Xarici Kəşfiyyat Xidməti xəbərdarlıq edib ki, Vaşinqton Ermənistanda qərbyönlü partiyaların 2026-cı ildə parlamentə daxil olması üçün hərəkətə keçib.
Məsələ budur ki, eyni vaxtda iki stulda oturmağa çalışan Paşinyana ABŞ tam etibar eləmir, buna görə də zamanla Moskvaya dönə bilər. "Gürcü Arzusu" Tbilisidə hakimiyyəti saxlayarsa, bunu istisna etmək olmaz, Ermənistanda böyük dəyişiklik başlayacaq".teleqraf.com


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar