Sizin Reklam Burada
Xəbər lenti
12-12-2024
11-12-2024
BÜTÜN XƏBƏRLƏR

Əsəd rejimi onları inanılmaz işgəncələrlə öldürüb: Ürək parçalayan FOTOLAR

Tarix: 12-12-2024 20:46     Baxış: 422 A- / A+


Əsəd rejimi onları  inanılmaz işgəncələrlə   öldürüb: Ürək parçalayan FOTOLAR
Suriyada Əsəd rejiminin 61 ildən sonra devrilməsinin ardından Əsədin işgəncə mərkəzi kimi tanınan Sednaya həbsxanasında saxlanılan məhbuslar azadlığa buraxılıb.

 Digər tərəfdən Əsəd administrasiyasının qətliam mərkəzinə, işgəncə evinə çevrilən və 3 mərtəbəsi yeraltı olan Sednaya həbsxanasından görüntülər qan dondurur. İşgəncə mərkəzindən çıxarılan cəsədlər Dəməşqin cənubundakı Əl Müctəhid xəstəxanasına aparılıb. Onlar xəstəxananın qarşısına toplaşaraq qohumlarının cəsədlərini götürməyi gözləyiblər. Saysız-hesabsız insanlar asılmış meyitlərin fotolarından illərdir xəbər almadıqları qohumlarını tanımağa çalışıblar.

Xəstəxananın xarici divarlarındakı fotoşəkillərdən qohumlarını tanımağa çalışan suriyalılar da xəstəxana meyitxanasına gedərək işgəncə izləri olan meyitlər arasında yaxınlarını axtarıblar.
Fotoşəkillərə baxanlar göz yaşlarına boğularkən, itkin qohumları olan bəzi ailələr cəsədlərin tapıldığı otaqlara gedərək şəxsiyyətlərini müəyyənləşdirməyə çalışıblar.

Dəməşqin Harasta Hərbi Xəstəxanasının meyitxanasında torbalara yığılmış işgəncə izləri olan 40-a yaxın cəsəd yarılma üçün Əl Müctəhid Xəstəxanasına aparılıb.Rejim tərəfindən saxlanıldıqdan sonra bir daha xəbər almadığı atasını axtarmağa gələn Əbu Abdu deyib: "Mənim atam fotoşəkillərdə yoxdur, mən də meyitlərə baxdım, o da onların arasında deyil. Ümid edirəm ki, sağdır. Əsədin əlində minlərlə suriyalının qanı var".
Suriyanın Hama vilayətindən olan Muhammet Halef açıqlamasında qardaşından 2014-cü ildən bəri xəbər almadığını deyib.
Əsəd rejimi devrildikdən sonra Sednaya həbsxanasına gələn Halef deyib: "Orada iki gün qaldım. Yerin altında fərqli otaqlar olduğunu dedilər. Suriya Mülki Müdafiə qruplarının tapmasını gözlədik, amma heç bir iz yoxdur”. 
O, qardaşını axtarmaq üçün Dəməşqə gəldiyini bildirib. 
Xəstəxananın xarici divarlarındakı fotoşəkillər arasında qardaşını tapa bilməyən Halef deyib: “Divarlarda şəxsiyyəti müəyyən etmək üçün fotoşəkillər var.
Onlardan birinin gözünü çıxarıb, bir neçəsinə işgəncə veriblər. Fotolara baxmaq mümkün deyil. “Kaş ki, ölsəydilər və bu işgəncəyə məruz qalmasaydılar”.












 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar