Xəbər lenti
Abxaziya prezidenti, TŞ və DİN rəhbərləri binanı tərk ediblər
Abxaziya prezidenti, Təhlükəsizlik Şurasının və Daxili İşlər Nazirliyinin rəhbərləri müxalifətin mühasirəsində olan binanı tərk ediblər.
Manevr.az xəbər verir ki, AMRA - life teleqram kanalının yaydığı məlumata görə, Abxaziya prezidenti Aslan Bjaniya, Abxaziyanın İqtisadiyyat Nazirliyinin rəhbəri, Təhlükəsizlik Şurasının, Daxili İşlər Nazirliyinin rəhbərləri, eləcə də bəzi deputatlar hökumət binaları kompleksini tərk ediblər. Respublikanın baş nazirinin Prezident Administrasiyasını tərk etdiyi də bildirilir. Etiraz aksiyası davam edir, etirazçılar “fərari” şüarları səsləndirirlər. Demək olar ki, bütün deputatlar, Təhlükəsizlik Şurasının katibi Raul Lolua da parlamenti tərk edib.
Müxalifət parlamentin qarşısındakı həyəti tamamilə zəbt edib.
Sevinc
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Yazarlar
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar